Icma.az
close
up
RU
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Nazir müavini həmçinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ziyarət edib. Firudin Qurbanov universitetin rektoru Aleksandr Juk və Belarus Respublikasının təhsil nazirinin birinci müavini Aleksandr Baxanoviçin müşayiəti ilə universitetdə yerləşən Tədris Robototexnikası Respublika Resurs Mərkəzi, idman kompleksi, kitabxana sistemi, rəqəmsal elektronika tədris laboratoriyasına baxış keçirib.

Daha sonra nazir müavini həmin universitetdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzini ziyarət edib. Mərkəzdə yaradılmış şəraitlə tanış olan Firudin Qurbanov burada Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. O, mərkəzə Qarabağ irsi və mədəniyyətinə dair kitablar hədiyyə edib.

Firudin Qurbanov Azərbaycan dili və mədəniyyəti mərkəzində Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələr ilə görüşüb. Görüş zamanı nazir müavini tələbələrin həm təhsil aldıqları ölkədə, həm də beynəlxalq akademik mühitdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib. O, Azərbaycan və Belarus ali təhsil müəssisələri arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın tələbələr üçün yaratdığı imkanlardan bəhs edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyun 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri