Firudin Qurbanov iclasda iştirak etdi FOTO
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Aşqabad şəhərində keçirilən Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib.
Redaktor.az xəbər verir ki, iclas çərçivəsində Azərbaycan və Türkmənistan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat və rabitə, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
Nazir müavini çıxışında Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. Xüsusilə rəqəmsal, süni intellekt, STEAM, ümumi və ali təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və elmi-akademik heyətin mübadiləsi, beynəlxalq olimpiada və digər tədbirlərdə qarşılıqlı iştirakın genişləndirilməsi, eləcə də birgə elmi-tədqiqatların aparılması kimi bir sıra məsələlərə toxunub. Nazir müavini həmçinin elm və təhsil sahəsində səmərəli əməkdaşlıq üçün institusional əsas yaradan Azərbaycan–Türkmənistan İşçi Qrupunun fəaliyyətinə dair təkliflər irəli sürüb.
Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















