Icma.az
close
up
RU
“Fit” görünmək istəyi bəzən problem yaradır Psixoloq

“Fit” görünmək istəyi bəzən problem yaradır Psixoloq

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Yay ayları öz istiliyi ilə birlikdə bədənə yönəlmiş baxışları da artırır. Çimərlik mövsümünün başlaması, açıq geyim tərzləri və sosial mediada yayılan “fit” (sağlam və uyğun bədən) görünüşlü  paylaşımlar xüsusilə gənclər arasında ciddi bir psixoloji təzyiqə çevrilib. 

Yay aylarında sosial mediada görünən “ideal bədən” obrazları qadın və gənclərin psixologiyasına necə təsir edir? 


Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülşən Rüstəmova ideal bədən obrazlarının psixologiyamıza həm müsbət, həm də mənfi təsir göstərə biləcəyindən bəhs edib. 


Onun sözlərinə görə, əgər sosial şəbəkələrdə bədən forması ilə bağlı doğru və real məlumatlar paylaşılırsa, bu, insan üçün bir növ motivasiya rolunu oynayır: 

“Çünki söhbət təkcə xarici görünüşdən deyil, həm də ümumi fiziki və fizioloji sağlamlıqdan gedir. Sağlam bir bədənin özünəməxsus forması var və insan orqanizmi əslində çox mükəmməl quruluşa malikdir. Bu quruluşu qorumaq üçün düzgün qidalanma, həyat tərzi və bədənə sistemli qayğı vacibdir”.

Psixoloq əlavə edib ki, psixoloji amillər də nəzərə alınmalıdır:

“Əgər bir insanın psixoloji narahatlıqları varsa, bu, onun qidalanmasına, ətraf mühitə və öz bədəninə qarşı yanaşmasında özünü göstərir. Sosial şəbəkələrə qarşı qərəzli və ön mühakiməli düşüncə formalaşarsa, artıq burada nə sağlam həyat tərzindən, nə də balanslı düşüncədən bəhs etmək olar. Odur ki, əvvəlcə sağlam düşüncə tərzi formalaşmalıdır ki, onun ardınca sağlam ruh və bədənə sahib olmaq mümkün olsun. Bu mənada “ideal bədən” anlayışındansa, “sağlam bədən” ifadəsini işlətmək daha məqsədəuyğundur. Əgər dünyaya baxış bucağımız sağlam və obyektivdirsə, qarşılaşdığımız məlumatları təhlil edərək düzgün nəticələr çıxara bilərik. Bəli, sosial şəbəkələrdə pafoslu və reallıqdan uzaq informasiyalar yetərincədir, lakin əgər biz sağlam təfəkkür sahibiyiksə, həmin informasiyaları süzgəcdən keçirməyi bacarırıq”.

G.Rüstəmova qeyd edib ki, ümumilikdə informasiya axını çox genişdir və biz gündəlik həyatda müxtəlif məlumatlara məruz qalırıq:

“Beynimiz bu informasiyaları analiz edərək onları müəyyən kateqoriyalara ayırır. Sağlam psixologiyaya sahib olsaq, bu məlumatları düzgün qəbul edə və ehtiyacımız olan formada istifadə edə bilərik. Nəticədə, insan özünə daha çox diqqət ayırar, öz inkişafı ilə daha effektiv şəkildə məşğul ola bilər”.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri