Icma.az
close
up
RU
Fitch: 2026 cı ildə təklifin artması neft qiymətlərini 63 dollara endirə bilər

Fitch: 2026 cı ildə təklifin artması neft qiymətlərini 63 dollara endirə bilər

Icma.az, Apa.az saytına istinadən bildirir.

"Qlobal neft bazarında 2026-cı ildə təklif tələbi üstələməyə davam edəcək, bu isə neft qiymətlərinə təzyiq göstərə bilər".

“APA-Economics” xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, 2026-cı ildə Brent markalı neftin orta qiymətinin 63 ABŞ dolları/barel səviyyəsinə enəcəyini proqnozlaşdırır. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 69 dollar/barel səviyyəsində qiymətləndirilir.

Agentliyin məlumatına görə, 2025-ci ildə qlobal neft hasilatı əhəmiyyətli dərəcədə artıb və bu artımın 2026-cı ildə də davam edəcəyi gözlənilir. Həm OPEC+, həm də OPEC+ xaricində olan ölkələrdə neft istehsalı tələbdən daha sürətlə artır.

Fitch bildirir ki, neftə tələbin artımı zəifləyib. Buna səbəb qlobal iqtisadi artımın yavaşlaması, enerji səmərəliliyinin yüksəlməsi, elektrikli avtomobillərin sayının artması və petrokimya sektorunda zəiflikdir.

Agentlik qeyd edir ki, 2025-ci ilin sonlarında bazarda yığılan neft ehtiyatları 2026-cı ildə anbarlara daxil ola bilər. Xüsusilə ABŞ və Avropa kimi iri bazarlarda ehtiyatların artması qiymətlərin daha da azalmasına səbəb ola bilər.

Fitch-in qiymətləndirməsinə görə, mövcud şəraitdə neft bazarında profisit qalacaq, bu isə şirkətləri xərcləri azaltmağa və investisiyaları daha ehtiyatla planlaşdırmağa məcbur edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Dekabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri