Azərbaycan iqtisadiyyatı 2026 cı ildə 2% artacaq Fitch
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artımının 2026-cı ildə 2% təşkil edəcəyini proqnozlaşdırır.
“APA-Economics” xəbər verir ki, agentlik 2025-ci ilin iqtisadi artım səviyyəsindən sonra real ÜDM-də artımın bu il nisbətən sürətlənəcəyini bildirib.
“Fitch”in qiymətləndirməsinə görə, ehtiyatlı fiskal siyasət və kreditləşmənin nisbi artımı enerji qiymətlərinin yüksəlməsinin təsirləri ilə tarazlaşacaq.
Agentlik qeyd edib ki, neft hasilatının struktur azalması orta müddətli dövrdə iqtisadi artım üçün əsas çağırışlardan biri olaraq qalır.
"Fitch" həmçinin, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 6,1%-ə yüksələcəyini proqnozlaşdırır. Agentliyin fikrincə, logistika xərclərinin, ərzaq qiymətlərinin və tənzimlənən tariflərin artması inflyasiyaya təzyiq göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 06 İyun 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















