Fitch: Azərbaycanın bank sektorunda göstəricilər yaxşılaşıb, amma bəzi risklər var
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanın bank sektorunda göstəricilər yaxşılaşıb, lakin pərakəndə kreditlərin sürətli artımı risk yaradır".
“APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın bank sektorunun son illərdə müsbət inkişaf tendensiyası nümayiş etdirir. Hesabatda qeyd olunur ki, 2017-ci ildən bəri sektorun əsas göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Agentliyin qiymətləndirməsinə görə, bank sektorunda kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb, eyni zamanda əvvəlki dövrlərdən qalan problemli aktivlər üzrə risklər də azalıb.
Bununla belə, “Fitch” xəbərdarlıq edir ki, 2021-ci ildən etibarən pərakəndə kreditləşmənin sürətlə genişlənməsi sektor üçün "qızışma riski" yarada bilər. Bu risklər əsasən istehlak kreditləri və ipoteka portfelinin sürətli artımı ilə əlaqələndirilir.
Hesabatda vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı bu risklərin qarşısını almaq məqsədilə aktiv və qabaqlayıcı makroprudensial tənzimləmə tədbirləri həyata keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















