Icma.az
close
up
RU
“Fitch Ratings”: Azərbaycanın bank sektoru sağlam və dayanıqlıdır

“Fitch Ratings”: Azərbaycanın bank sektoru sağlam və dayanıqlıdır

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının bankların Bazel III standartlarına uyğunlaşması ilə bağlı tənzimləyici islahatlarını müsbət qiymətləndirib. Yeni qiymətləndirmədə Azərbaycanın dayanıqlı kredit profili və dövlət tərəfindən makroiqtisadi sabitliyin dəstəklənməsi də nəzərə alınıb. Agentliyin ekspert qrupu hesab edir ki, Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun İnkişaf Strategiyası”nda yer almış bankların kapital tələbləri tənzimləmə yanaşmalarını beynəlxalq standartlara daha da yaxınlaşdırır.  Tənzimləmə islahatı çərçivəsində birinci dərəcəli əsas kapitalın minimum adekvatlıq normativi risk nəzərə alınmaqla ölçülmüş aktivlərin 4,5 faizi səviyyəsində müəyyən edilib. Birinci dərəcəli kapitalın minimum adekvatlıq normativi 5 faizdən 6 faizə qaldırılıb, məcmu kapitalın adekvatlıq normativi isə 10 faizdən 8 faizə endirilib.Belə ki, islahatlar çərçivəsində müşahidə edilən dəyişikliklər, bankların mümkün itkiləri qarşılamaq potensialını gücləndirən I dərəcəli kapital alətlərinin tətbiqi ilə tənzimləyici çərçivəyə daxil edilməsini ehtiva edir.

Bank sektorunun reytinqi “BB-”dən “BB” səviyyəsinə yüksəldilib

Agentliyin qənaətinə görə, Azərbaycanın bank sektorunda Bazel III standartlarının tətbiqi kredit təşkilatlarının itkiləri udmaq qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Bu amil bankların kredit reytinqləri üçün müsbət cəhət kimi qiymətləndirilir. Hazırda bu sektorun reytinqinin “BB-”dən “BB” səviyyəsinə yüksəldilməsi isə ortamüddətli perspektivdə likvidlik tələblərinin daha da güclənməsinə imkan verəcək.

Ümumilikdə, Azərbaycanın bank sektorunun dayanıqlılığının möhkəmlənməsini və kapitalın keyfiyyətinə dair tələblərin beynəlxalq standartlara daha da uyğunlaşdığını xatırladan “Fitch” hesab edir ki,Azərbaycan bankları üçün əməliyyat mühiti “stabil” olaraq qalacaq. Əməliyyat mühitinin qiymətləndirilməsinin yüksəldilməsi bank sektorunun tənzimləyici bazasının və nəzarət mexanizmlərinin güclənməsini, habelə davamlı makroiqtisadi sabitliyi əks etdirir.

Beynəlxalq Bank beynəlxalq maliyyə mövqeyini gücləndirir

Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) uzunmüddətli emitent defoltu reytinqini “BB” səviyyəsindən “BB+” səviyyəsinə yüksəldib. Bankın maliyyə dayanıqlılığı reytinqi isə “BB”dən “BB+”ə qaldırılıb. Reytinqlər üzrə proqnoz “stabil”dir. Reytinqin yüksəldilməsi ABB-nin güclü maliyyə göstəricilərini qoruması fonunda risk profilinin yaxşılaşmasını və Azərbaycanda bankların fəaliyyət mühitinin daha əlverişli qiymətləndirilməsini əks etdirir. “Stabil” proqnoz agentliyin ortamüddətli dövrdə ABB-nin kredit portfelində mülayim artımın davam edəcəyi, aktivlərin keyfiyyətinin və gəlirliliyin isə yüksək səviyyədə qalacağı barədə gözləntilərinə əsaslanır. Beynəlxalq Bankın 2026-cı ilin birinci yarısına dair göstəriciləri isə bankın daxili bazardakı güclü mövqeyini və qiymət formalaşdırmaq imkanlarını əks etdirir. ABB-nin Özbəkistanda fəaliyyət göstərən “Davr Bank”ı satın alması prosesinin 2026-cı ilin üçüncü rübünün sonunadək yekunlaşacağı gözlənilir ki, bu da Azərbaycanın dövlət bankının kredit profilinə neytral təsir göstərəcək. Sövdələşmə bankın daha yüksək gəlirlilik vəd edən bazarlara çıxmaq və fəaliyyətini şaxələndirmək strategiyasını daha da optimallaşdıracaq.

Azərbaycanın uzunmüddətli reytinqi yüksələcək

Onu da qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqinin də yüksələcəyini gözləyir. Ötən il ölkəmizin reytiqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyən agentlik bildirir ki, Azərbaycanın çox güclü xarici balansı və fiskal mövqeyi, aşağı dövlət borcuna malik olması və suveren fondun (Dövlət Neft Fondu) böyük aktivlərinin dayanıqlılığı yüksək maliyyə çevikliyini dəstəkləyir ki, bu da sabit reytinq göstəricisinin müəyyən edilməsində əsas faktorlardır.

Mövcud kredit reytinqi ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə, beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur. Eləcə də Azərbaycanın tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər isə reytinq şkalasına yeni baxışı labüd edir. Son bir ildə suveren aktivlərin 15 milyard dollara yaxın artması və 90 milyard dollara çatması isə reytinq əmsalının artacağına dərin əminlik yaradır. Həmçinin, ölkəmizin maliyyə sektorunun dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir.

“Fitch Ratings”in analitiklərinin qənaətinə görə, Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2026-2027-ci illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlılığını da təmin edəcək. Növbəti illərdə enerji və qeyri-enerji gəlirlərinin sabitliyi fonunda ölkənin strateji ehtiyatları ÜDM-in 80 faizinə qədər yüksələcək. Azərbaycanın xalis aktivlərinin sabit qalması fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcək.

Manatın məzənnəsi sabit qalacaq

“Fitch Ratings”in proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq. Bununla yanaşı, manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, xüsusən də Mərkəzi Bankın güclü təsiredici və tənzimləyici prioritetləri mövcuddur. Azərbaycan Mərkəzi Bankı valyuta məzənnəsinin dayanıqlılığını təşviq edən alətləri optimallaşdırır, xüsusilə də valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün tənzimləyici alətləri çevik şəkildə saxlayır.

“Fitch Ratings”in reytinqində əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 6 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Avqust 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri