“Fitch” Azərbaycanın reytinqini investisiya səviyyəsində təsdiqləyib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində, stabil proqnozla təsdiqləyib.
“Report” bu barədə “Fitch”ə istinadən xəbər verir.
”Ölkənin reytinqi güclü xarici balansı, dövlət borcunun analoqları ilə müqayisədə aşağı səviyyədə olması və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vasitəsilə maliyyələşdirmə çevikliyini əks etdirir”, - hesabatda qeyd olunur.
“Fitch”in qiymətləndirməsinə əsasən, Azərbaycanın 2024-cü il üzrə suveren valyuta aktivləri 76 milyard ABŞ dolları (gözlənilən ÜDM-in 102 %-i) təşkil edəcək. Bu aktivlərin 83 %-i ARDNF-də, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında cəmləşir.
“Fitch”in məlumatına görə, Azərbaycanın xalis suveren xarici aktivlərinin ÜDM-ə nisbəti 2024-cü ildə 71 % səviyyəsində proqnozlaşdırılır ki, bu da “BBB” və “A” kateqoriyalı suveren emitentlər arasında ən yüksək göstəricilərdən biridir.
Hesabatda qeyd olunur ki, Azərbaycan hökumətinin fiskal siyasəti davamlı suveren xarici aktivlərin qorunmasına, makroiqtisadi sabitliyin təmin edilməsinə və balanssızlıqların qarşısının alınmasına yönələcək. Bundan əlavə, “Fitch” neft qiymətlərindəki volatilliyin təsirlərini idarə etmək üçün ölkənin kifayət qədər siyasi buferlər saxlayacağını gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Yanvar 2025 02:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















