“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB ” səviyyəsində təsdiqləyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Sabit” saxlayıb.
“APA-Economics” xəbər verir ki, agentlik qərarını Azərbaycanın güclü xarici maliyyə mövqeyi, aşağı dövlət borcu və Dövlət Neft Fondunun (ARDNF) iri həcmli aktivləri ilə əsaslandırıb.
Agentliyin proqnozuna görə, Azərbaycanın dövlət borcu 2027-ci ildə ÜDM-in təxminən 21%-i səviyyəsində qalacaq ki, bu da investisiya reytinqinə malik ölkələr arasında ən aşağı göstəricilərdən biridir.
Fitch həmçinin Azərbaycanın investisiya səviyyəli reytinqinin qorunması üçün güclü xarici balansın və ehtiyatlı makroiqtisadi siyasətin mühüm rol oynadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 06 İyun 2026 04:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















