Fitch : Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün səbəb görmür.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan "Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri" adlı vebinar zamanı bildirib.
Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəfidir.
"2025-ci il vəziyyətinə görə onun həcmi ÜDM-in 20 %-dən bir qədər çoxdur ki, bu da müəyyən olunmuş 30 %-lik həddən xeyli aşağıdır. Bu sahədə biz narahatlıq üçün səbəb görmürük", – Ramakrişnan vurğulayıb.
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat (ÜDM-in 19,5 %-i) təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.
Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür, 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat isə xarici borcdur. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Yanvar 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















