Icma.az
close
up
RU
“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb

“Fitch Ratings” Azərbaycanın dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcunun ÜDM-in 21,8 %-ni təşkil edəcəyini proqnozlaşdırır.

Bakıvaxtı.az “Fitch”ə istinadən bildirir ki, bu səviyyənin ortamüddətli perspektivdə sabit qalacağı gözlənilir.

Agentliyin proqnozuna görə, 2026-cı ildə bu göstərici ÜDM-in 21,3 %-nə qədər azalacaq, növbəti illərdə isə yenidən artmağa başlayacaq: 2027-ci ildə ÜDM-in 22,9 %-nə, 2028-ci ildə 24,7 %-nə, 2029-cu ildə 25,8 %-nə, 2030-cu ildə isə 26,4 %-nə bərabər olacaq.

“Fitch”in məlumatına görə, 2024-cü ildə ümumi dövlət borcu da ÜDM-in 21,8 %-ni təşkil edib.

Eyni zamanda, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu ÜDM-in 27,6 %-nə çatacaq. Bu göstərici növbəti illərdə də artmağa davam edərək 2026-cı ildə ÜDM-in 28,6 %-ni, 2027-ci ildə 28,9 %-ni, 2028-ci ildə 29,1 %-ni, 2029-cu ildə 29,6 %-ni, 2030-cu ildə 29,4 %-ni təşkil edəcək.

Azərbaycan Maliyyə Nazirliyinin proqnozlarına görə, 2025-ci ilin sonuna dövlət borcunun (xarici və daxili) ümumi məbləği 29,004 milyard manat (proqnozlaşdırılan ÜDM-in 22,2 %-i) təşkil edəcək, 2026-cı ilədək isə 32,7 milyard manata (ÜDM-in 20,1 %-i) yüksələcək.

Rəsmi statistikaya görə, 2025-ci il aprelin 1-nə dövlət borcunun ümumi məbləği 26,628 milyard manat təşkil edib. Bunun 8,627 milyard manatı (5,075 milyard ABŞ dolları) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,6 %-nə bərabərdir. Daxili borcun payı isə 18,001 milyard manat və ya ÜDM-in 13,8 %-ni təşkil edir.

Xarici dövlət borcunun 49 %-i 5 ilə qədər olan müddətdə, 44,2 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun 63,3 %-i çoxtərəfli maliyyə institutları üzrə, 27 %-i xarici bazarda yerləşdirilmiş avrobondlar üzrə, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb. Ən böyük kreditorlar Asiya İnkişaf Bankı (35,1 %), avrobond sahibləri (27 %) və Dünya Bankıdır (15,8 %).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri