Fitch: İsrail İran qarşıdurması bir neçə həftədən artıq davam etməyəcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
"İran və İsrail arasında hərbi qarşıdurma Yaxın Şərqdə geosiyasi və təhlükəsizlik risklərini artırıb, daha da alovlanar və ya yayılarsa, bəzi suverenlərin kredit profillərinə mənfi təsir göstərə bilər".
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Ratings" Beynəxalq Reytinq Agentliyindən bildirilib. Qeyd edilib ki, qarşıdurmadan doğan təsirlərin İsrailin “A”/Mənfi reytinq səviyyəsi çərçivəsində qarşılanması mümkün görünür.
"Bizim ehtimalımız budur ki, döyüşlər İsrail və İran arasında məhdud qalacaq və bir neçə həftədən artıq davam etməyəcək. İsrailin güclü müdafiə tədbirləri var və görünür ki, İranın zərbələri əhəmiyyətli iqtisadi təsir göstərməyib. Hesab edirik ki, İsrailin Qəzza və Livanda apardığı hərbi əməliyyatlar nəticəsində İranın bu ərazilərdəki "proksiləri" vasitəsilə İsrailə cavab vermək imkanları zəifləyib. Hər iki amil göstərir ki, İranın İsrailin son hücumlarına hərbi cavabından doğan zərərin İsrailin reytinqinə təsir edəcək səviyyədə olmayacağı ehtimal olunur"- reytinq agentliyi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 İyun 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















