Icma.az
close
up
RU
İran İsrail qarşıdurması mentalitetlə mədəniyyətin toqquşması

İran İsrail qarşıdurması mentalitetlə mədəniyyətin toqquşması

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Aqşin Yenisey

İran-İsrail qarşıdurması, uzaqdan baxanda, mentalitetlə mədəniyyətin toqquşması kimi görünür.

Mentalitet tərəfdən İran, mədəniyyət tərəfdən İsrail döyüşür.

Mentalitetlə mədəniyyətin fərqi nədir?

Mədəniyyət odur ki, onun yaratdığı bütün maddi-mənəvi məhsullardan bütün xalqlar yararlanır, yaxud yararlanmaq istəyir.

Mentalitet odur ki, ancaq öz xalqının maddi-mənəvi ehtiyaclarını ödəyir.

Mental baxımdan İran və İsrail arasında ciddi fərq yoxdur; biri Mehdinin yolunu gözləyir, o biri Məsihin. Yəni hər iki xalq mental baxımdan eyni cəhalətin yuxusunu görür.

Amma yəhudilər bu müharibədə öz mentalitetlərindən daha çox, Qərb texnologiyasıyla iştirak edirlər. Baxmayaraq ki, hücumlarına ad seçəndə bəzən Tövratı vərəqləyirlər.

Bəzən çoxsaylı yəhudi alimlərinin varlığı yəhudi mentaliteti ilə əlaqələndirilir. Mümkün deyil! Mentalitet bəşəri olana qarşıdır. Mentalitet dünyəvi insan yetişdirə bilməz.

İran mentaliteti kimi yəhudi mentaliteti də özü-özlüyündə mütərəqqi insan yetişdirə bilməz. Yəhudi alimlərinin yəhudiliklə çox az əlaqəsi var.

Bu alimlər Qərb mədəniyyətinin "övladlarıdır". O Qərb mədəniyyətinin ki, orada mənşəcə zənci olan da dünyaca faydalı psixiatr (Frans Fanon), dünyanı idarə edən prezident (Obama) ola bilirlər.

Müasir İran gücünü mentalitetdən alır, bəşərə qarşıdır. Dünyanın yerdə qalanını mentalitetinin şübhəli, bəzən düşmən gözləriylə izləyir. Üstün texnologiyalardan yaralanıb bu illər ərzində düzəldə bildiyi raketlər də mentaliteti qorumaq üçündür. İranda İran mədəniyyəti dediyimiz şey də mentalitetin əsiridir.

Müasir İsrail isə bunun tam əksidir. Mental dəyərləri qorumaqla deyil, dünyəvi dəyərlər yaratmaqla məşğuldur. Dünyanın gözü İsral laboratoriyalarında aparılan təcrübələrdədir.

Yaponlar bu dünyəvilik prinsipini özlərinin yeni qəbul etdikləri təhsil proqramlarına da daxil ediblər. Dünyanın karına gələn yapon yetişdirmək yapon təhsil sisteminin əsas üç tezisindən biridir.

Bunları yazmaqda məqsədim Yaxın Şərqə fövqəldron mövqeyindən baxmaq deyil. İçində yaşadığımız tarixin səthi, cari görüntülərinə deyil, daha alt qatlarında gizlənmiş və bizə faydası toxunacaq səbəb və nəticələrini araşdırmağın faydalılığına işarə etməkdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see497

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see209

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see171

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see146

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see135

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see133

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see131

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see131

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see130

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see128

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see127

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see127

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see127

“Səbəbləri bilirəm, amma danışmaq həll yolu deyil”

09 Noyabr 2025 18:20see125

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see124

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see124

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see123

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see122

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri