Icma.az
close
up
RU
Fitch qlobal qızıl və mis qiyməti proqnozunu artırıb

Fitch qlobal qızıl və mis qiyməti proqnozunu artırıb

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

 “Fitch Ratings” beynəlxalq reytinq agentliyi dünyada metala tələbatın gözlənilən artımı və aşağı metal ehtiyatları fonunda qlobal mis qiymətləri ilə bağlı proqnozlarını artırıb, həmçinin “təhlükəsiz aktiv” statusuna görə qızılın qiyməti ilə bağlı proqnozunu artırıb.

Banco.az xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.

Xüsusilə, 2025-ci ildə qızılın qiyməti 1 troya unsiyası üçün 3000 dollar (əvvəllər 2800 dollar), 2026-cı ildə 2700 ABŞ dolları (əvvəllər 2400 dollar) proqnozlaşdırılır, 2027-ci il üçün qiymət proqnozu 2000 dollar/unsiya səviyyəsində saxlanılır.

"Qızılın təhlükəsiz aktiv statusu ilə əlaqədar geosiyasi mükafatın daha da artması 2025-2026-cı illər və orta müddətli perspektiv üçün daha yüksək fərziyyələrimizi təsdiqləyir. ABŞ dollarının zəifləməsi ilə bağlı narahatlıq qızıla investisiya axınını artırıb və bu, rekord qiymət artımına səbəb olub", - icmalda deyilir.

"Fitch" həmçinin misin spot qiyməti proqnozunu 2025-ci ildə əvvəlki 9200 dollardan 9500 dollara yüksəldib. 2026-cı il üçün misin qiymətinin proqnozu bir ton üçün 9000 dollara (əvvəllər 8500 dollar) yüksəlib və agentlik 2027-ci ildə misin qiymətinin hər ton üçün 8500 dollar olacağını gözləyir.

"Fitch" analitikləri qeyd edirlər ki, 2028-ci ilə qədər misin qiyməti proqnozu yüksəldilib və mis istehlakının davamlı artım səviyyəsini əks etdirir. Bundan əlavə, agentliyin analitikləri qlobal iqtisadiyyatın zəifləməsinə baxmayaraq, xüsusilə Çində güclü tələbat səbəbindən 2025 və 2026-cı illərdə qlobal təmizlənmiş mis tələbinin 2-3% artacağını gözləyirlər. Qlobal təmizlənmiş mis tədarükünün 2025 və 2026-cı illərdə 1,5-2% artacağı gözlənilir. Agentlik qeyd edir ki, enerji keçidi səbəbindən uzunmüddətli qlobal mis istehlakı yüksək olaraq qalacaq.

Bundan əlavə, "Fitch" 2025-2026-cı illər üçün alüminium qiyməti proqnozunu bir ton üçün 2500 dollar səviyyəsində saxladı, lakin orta müddətli alüminium qiymət proqnozunu 2027 və 2028-ci illərdə bir ton üçün 2300 dollardan 2500 dollara qaldırdı. Agentlik həmçinin alüminiuma tələbatın bu il təqribən 74 milyon tondan 2030-cu ildə 80 milyon tona yüksələcəyini proqnozlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri