Fitch qlobal artım proqnozunu artırdı
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif:Mehin Qasımova,Banco.az
“Fitch Ratings” qlobal iqtisadiyyatın enerji qiymətlərindəki şoklara baxmayaraq dayanıqlılığını qoruduğunu açıqlayıb.
Agentlik 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 0,2 faiz bəndi artıraraq 2,6%-ə yüksəldib.
Hesabatda real faiz dərəcələrinin artmasının maliyyə şərtlərini sərtləşdirdiyi, regionlar üzrə iqtisadi göstəricilərin isə qlobal artımın əsas amillərindən biri olduğu qeyd edilib.
“Fitch Ratings” ABŞ iqtisadiyyatının 2026 və 2027-ci illər üzrə artım proqnozunu 0,2 faiz bəndi artıraraq 2,1%-ə çatdırıb.
Agentlik ABŞ iqtisadiyyatındakı artımı güclü istehlak xərcləri və süni intellekt sahəsinə investisiyaların artması ilə izah edib.
Avrozona iqtisadiyyatının da dayanıqlılığını qoruduğu bildirilib. Almaniya iqtisadiyyatı üç illik durğunluqdan sonra 2026-cı ilin ikinci rübündə illik ifadədə 1% artıb.
Hesabata görə, qlobal texnologiya xərclərinin artması Cənubi Koreya, Meksika və Yaponiyanın iqtisadiyyatlarını dəstəkləyir. Hindistanın iqtisadi artımının da yüksək olaraq qalacağı gözlənilir.
Çinin 2026-cı il üzrə artım proqnozu isə 0,1 faiz bəndi azaldılaraq 4,5%-ə endirilib. Buna səbəb kimi sabit investisiyaların azalması və istehlakın zəifləməsi göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















