“Fitch Ratings” Türkiyə iqtisadiyyatına dair artım və inflyasiya proqnozlarını açıqlayıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Türkiyə iqtisadiyyatına dair artım və inflyasiya proqnozlarını açıqlayıb.
Banco.az xəbər verir ki, qurumun hesabatında belə qeyd olunur:
“Türkiyənin reytinqləri aşağı dövlət borcu xarici maliyyələşməyə çıxış imkanlarını qoruma tarixi, dayanıqlı bank sektoru və kifayət qədər yüksək adambaşına düşən ÜDM ilə dəstəklənir.”
“Fitch”in Şərqi Avropa ölkələrinə dair hesabatında bildirilib ki, inflyasiya 2025-ci ilin sonunda 28 faizə, 2026-cı ilin sonunda isə 21 faizə enəcək. Real faiz dərəcəsinin isə 2026-cı ilin sonunda 3 faizə düşəcəyi qeyd edilib.
Agentlik Türkiyənin iqtisadi artım proqnozunu 2025 və 2026-cı illər üçün 3,5 faiz, 2027-ci il üçün isə 4,2 faiz səviyyəsində müəyyən edib.
Hesabatda dollar/TL məzənnəsi üçün 2027-ci ilin sonuna 53 səviyyəsində proqnoz verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Oktyabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















