“Fitch Ratings” İKZFnin reytinqini “BBB/Stabil” səviyyəsində təsdiq edib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
“Fitch Ratings” agentliyi tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, agentliyin qiymətləndirməsinə əsasən, İKZF-nin uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib.
“Fitch”in mövqeyinə görə, reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır.
“Fitch Ratings” agentliyi 2009-cu ildən etibarən fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Noyabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















