Fitsodan Avropa liderlərini qıcıqlandıracaq bəyanat: SSRİ olmasaydı...
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Slovakiyanın Baş naziri Robert Fitso 2025-ci il mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək niyyətindən əl çəkmədiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, Fitso bu barədə sosial şəbəkələrdə yazıb.
Baş nazir bəyan edib ki, faşizm üzərində qələbə SSRİ xalqlarının iştirakı olmadan mümkün olmayacaqdı.
“Keçmiş Sovet İttifaqı olmadan faşizm üzərində qələbə qeyri-mümkün olardı”, - Fitso deyib.
Daha əvvəl bildirilmişdi ki, Robert Fitso Rusiya Prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 9-da Moskvaya səfər etmək dəvətini rəsmi olaraq qəbul edib.
Siyasətçi Rusiya Federasiyasına səfər etmək planlarına görə digər Avropa liderlərinin tənqidindən qorxmadığını vurğulayaraq, “bir ölkə suverendirsə, harasa səfər etmək üçün başqa dövlətlərdən icazə almağa ehtiyac yoxdur” deyib.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















