FIVB nümayəndəsi azərbaycanlı məşqçilərə kurs keçib FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə “1-ci dərəcə” məşqçi kursu təşkil edib.
1-5 aprel tarixlərində Bakı şəhərində keçirilən kurs FIVB-in məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən aparılıb. Təlimlər zamanı iştirakçılar uşaqların voleybola cəlb olunması, yeni başlayanlarla iş metodları, uşaqlarda voleybol sevgisinin formalaşdırılması və psixoloji dəstək üsulları ilə tanış olublar.
Nəzəri və praktiki məşğələlərdən ibarət kursda Bakı ilə yanaşı, bölgələrdən də ümumilikdə 30 nəfər iştirak edib.
Yekunda iştirakçılar nəzəri və texniki imtahandan keçiblər. Nəticələr yaxın günlərdə açıqlanacaq və imtahandan uğurla keçəcək iştirakçılara AVF-nin “1-ci dərəcə” məşqçi sertifikatı veriləcək.
Qeyd edək ki, aprelin 6-da “2-ci dərəcə” məşqçi kursuna da start verilib. AVF belə kurslar vasitəsilə ölkədə peşəkar məşqçi hazırlığını davamlı olaraq gücləndirməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 06 Aprel 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















