Bakıda FIVB seminarı davam edir FOTO
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda voleybol məşqçiləri üçün təşkil olunan FIVB Level-2 seminarı davam edir.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının dəstəyi və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq kurs Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutur.
Təlim proqramında 65 nəfər iştirak edir. Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Məşğələlərdə müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunur.
Seminar çərçivəsində məşqçilər praktik dərslərdə bilik və bacarıqlarını meydanda tətbiq edirlər. Kursun sonunda imtahandan uğurla keçən mütəxəssislər FIVB Level-2 sertifikatına layiq görüləcəklər.
Qeyd edək ki, təlim proqramı 5 iyunadək davam edəcək. Birinci qrup üzrə məşğələlər 25-29 may, ikinci qrup üzrə isə 1-5 iyun tarixlərində keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 27 May 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















