Icma.az
close
up
RU
Fizika gələcək texnologiyaların xammalı dır

Fizika gələcək texnologiyaların xammalı dır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin nüfuzlu Boğaziçi Universitetinin Fizika departamentinin azərbaycanlı əməkdaşı, fizika elmləri namizədi İlmar Qəhrəmanov ilə həmsöhbətik. O, 289 saylı "Zəngi" liseyinin məzunudur. Fizika üzrə bakalavr təhsilini Bakıda başlayıb, daha sonra bakalavr və magistr təhsilini Moskvada tamamlayıb. Hamburqda riyaziyyat fakültəsində ikinci magistr dərəcəsin alıb və 2016-cı ildə Berlin Humboldt Universitetində nəzəri fizika üzrə doktorluq dissertasiyasın müdafiə etdikdən sonra Potsdamdakı Maks Plank Qravitasiya Fizikası İnstitutunda təxminən iki il tədqiqatçı kimi çalışıb.

2017-ci ildə İstanbulda Mimar Sinan Gözəl Sənətlər Universitetinin Fizika Bölümündə elmi-pedaqoji fəaliyyətə başlayıb, 2019-cu ildən isə İstanbulda Boğaziçi Universitetinin Fizika Bölümündə fəaliyyətini davam etdirir. Həmçinin Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən "Riyaziyyat və onun tətbiqləri" Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı və İtaliyanın Triest şəhərində yerləşən İCTP-nin assosiativ üzvüdür. Eyni zamanda, "Istanbul Integrability and Stringy Topics Initiative" layihəsinin rəhbəridir.

Nəzəri və riyazi fizika sahəsindəki tədqiqat istiqamətlərinə kvant sahə nəzəriyyələri və sim nəzəriyyəsi daxildir. Pedaqoji fəaliyyətinə görə 2023-cü ildə Boğaziçi Universitetinin Öğretimde Üstün Başarı Ödülünə, elmi fəaliyyətinə görə isə Türkiyə Elm Akademiyasının 2024-cü ildə təqdim etdiyi Gənc Alim Mükafatına (BAGEP) layiq görülüb.

- İlmar bəy, müasir dövrdə fizika elminin əhəmiyyəti nədən ibarətdir?

- Fizika həm dünyanı anlamaq üçün konseptual çərçivə, həm də gələcək texnologiyaların "xammalı"dır. Bu iki funksiyanı bir-birindən ayırmaq mümkün deyil. Fizikanın tətbiq sahələri o qədər genişdir ki, yaxın gələcəkdə biofizika, tibbi fizika, riyazifizika, optika, akustika və bir sıra digər istiqamətlər daha da müstəqilləşərək ayrıca elm sahələri kimi formalaşacaq və inkişaf edəcəkdir.

- Süni intellekt fizika elminə hansı yeni imkanlar qazandırır?

- Süni intellekt fizikada çox geniş istifadə olunur, o, nəhəng təcrübələrdən əldə olunan böyük həcmli məlumatların (məsələn, elementar zərrəcik sürətləndiricilərindən və ya astronomik müşahidələrdən əldə olunan məlumatların) analizində və mürəkkəb fiziki sistemlərin simulyasiyasında ənənəvi hesablama üsullarının çətinlik çəkdiyi çoxölçülü məsələlərin həllini xeyli sürətləndirir.

Son dövrlərdə ən çox müzakirə olunan istiqamətlərdən biri isə süni intellektin elmi hipotezlərin irəli sürülməsində və yeni riyazi strukturların kəşfində oynaya biləcəyi roldur. Bu mövzu alimlər arasında böyük maraq və həyəcan doğurur. Süni intellekt elmi tədqiqatın xarakterini kökündən dəyişmək potensialına malikdir. Bu isə gələcəkdə alimlərin rolunun və elmi tədqiqatın təşkilinin yenidən müəyyənləşməsinə gətirib çıxara bilər.

- Kvant kompüterləri və kvant texnologiyaları barədə gözləntilər nə dərəcədə realdır?

- Bu sahədə balanslı yanaşma vacibdir. Bir tərəfdən, kvant texnologiyaları artıq fantastika deyil. Kvant sensorları və kvantaçar bölüşdürməsi kimi bir sıra tətbiqlər artıq real və praktik istifadəyə hazır vəziyyətdədir. Digər tərəfdən, universal və böyük miqyaslı kvant kompüterlərinin yaradılması hələ də ciddi mühəndislik və nəzəri problemlərlə üz-üzədir. Media və biznes dünyasında isə bəzən gözləntilər mövcud elmi və texnoloji imkanları qabaqlayır. Məncə, düzgün yanaşma ondan ibarətdir ki, kvant texnologiyalarının inkişafı realdır və çox sürətlə gedir. Lakin "hər şeyi həll edən" universal kvant kompüterləri hələ uzaq perspektivin məsələsidir. Bununla belə, optimallaşdırma, materialşünaslıq, kvant kimyası və kriptoqrafiya kimi konkret sahələrdə yaxın illərdə mühüm irəliləyişlərin şahidi ola bilərik.

- Hazırda hansı layihələr üzərində çalışırsınız?

- Türkiyəyə gəldiyim doqquz il ərzində tədqiqat qrupumda 50-dən çox tələbə yetişdirmişəm. Bu tələbələrin əksəriyyəti hazırda Avropa və Amerikanın aparıcı universitetlərində və tədqiqat mərkəzlərində təhsillərini və elmi tədqiqatlarını davam etdirirlər. Nəzəri fizika sahəsində çalışan bir alim üçün bu, kifayət qədər böyük göstəricidir. Hazırda da tədqiqat qrupumda çoxlu tələbə çalışır və yeni nəsil nəzəri fiziklərin yetişdirilməsi ilə məşğulam.

Bundan əlavə, Türkiyədə məktəblərdə riyaziyyat və fizika təhsilinin inkişafı istiqamətində də fəaliyyət göstərirəm. Türkiyə Milli Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hər il ölkənin müxtəlif şəhərlərində təşkil olunan müəllim hazırlığı proqramlarında olimpiada fizikası üzrə dərslər keçir, şagirdlər üçün olimpiada hazırlıq düşərgələrində mühazirələr oxuyur və riyaziyyat üzrə müxtəlif yarışmalar təşkil edirəm.

Hər il nəzəri fizika sahəsində 4-5 elmi-praktiki seminar və konfrans təşkil edirəm. Həmçinin Türkiyənin elmi irsinin qorunmasına töhfə vermək məqsədilə artıq aramızda olmayan görkəmli riyaziyyatçı və fiziklərin xatirəsinə həsr olunmuş elmi-praktiki seminarlar təşkil edir, onların həyat və elmi fəaliyyətini əks etdirən materiallar hazırlayıram. Yaxın zamanda da bu istiqamətdə həyata keçirəcəyimiz bir neçə yeni layihə var.

- Azərbaycan və Türkiyə universitetləri arasında elmi əməkdaşlığın inkişafı üçün, sizcə, hansı addımların atılmasına ehtiyac var?

- Bir neçə istiqaməti xüsusilə vacib hesab edirəm. İki ölkənin elm fondları tərəfindən birgə maliyyələşdirilən məqsədyönlü tədqiqat qrantları həm doktorantların, həm də gənc alimlərin qarşılıqlı mübadiləsini və uzunmüddətli əməkdaşlığını stimullaşdıra bilər. Bu sahədə artıq müəyyən addımlar atılır, lakin hesab edirəm ki, bu təşəbbüslər daha da genişləndirilməlidir.

Bahalı elmi infrastruktur tələb edən sahələrdə, məsələn, kvanttexnologiyaları kimi istiqamətlərdə resursların birləşdirilməsi hər iki ölkə üçün daha səmərəli nəticələr verə bilər. Hər il birgə təşkil olunan ixtisaslaşmış konfrans və seminarlar təkcə elmi nəticələrin müzakirəsinə deyil, həm də uzunmüddətli əməkdaşlıq şəbəkələrinin formalaşmasına səbəb olar.

Bütün bunlarla yanaşı, ən vacib məsələ formal sazişlərdən daha çox, alimlər arasında davamlı elmi əlaqələrin qurulmasıdır. Təcrübə göstərir ki, uğurlu əməkdaşlıqların böyük əksəriyyəti məhz ortaq tədqiqat maraqları və qarşılıqlı etimad əsasında formalaşır. Universitetlər və dövlət qurumları isə bu əlaqələrin yaranması və inkişafı üçün əlverişli mühit yaratmalıdırlar.

PƏRVANƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri