Icma.az
close
up
RU
Fizika nəzəriyyələrinin sərhədləri kalsium atomları ilə sınaqdan keçirilir

Fizika nəzəriyyələrinin sərhədləri kalsium atomları ilə sınaqdan keçirilir

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ETH Sürixdən olan tədqiqatçılar Almaniya və Avstraliyadakı elmi qruplarla birlikdə apardıqları araşdırmada, həssas atom ölçmələri vasitəsilə fizikanın fundamental nəzəriyyələrinin sərhədlərini test edirlər. Toplanan məlumatlar kainatı izah etməkdə yetərsiz qalan Standart Modelin hüdudlarından kənara çıxan təsirlər haqqında bəzi ipucları daşıya bilər.

Qaynarinfo xəbər verir ki, tədqiqatın əsas məqsədi elementar hissəcikləri və onların qarşılıqlı təsirlərini izah edən, lakin hələ də bir çox problemi cavablandıra bilməyən Standart Modelin kifayət qədər tam olmadığını göstərməkdir. Məsələn, qaranlıq maddə və ya kainatdakı ümumi kütlənin böyük hissəsini təşkil edən görünməyən strukturlar bu model çərçivəsində tam şəkildə izah edilə bilmir. Bu səbəbdən alimlər modelin kənarında yerləşə biləcək yeni qüvvələr və ya hissəciklər ehtimalını araşdırmağa davam edirlər.

Son araşdırmada, alimlər kalsium atomlarından istifadə edərək müxtəlif izotoplar arasında baş verən atom keçidlərini yüksək dəqiqliklə təhlil ediblər. Xüsusilə "izotop sürüşməsi" adlanan kiçik fərqlər araşdırılıb. Bəzi nəzəriyyələrə görə, bu cür fərqlər yeni bir fundamental qüvvənin mövcudluğuna dair siqnallar daşıya bilər.

Təcrübələrdə beş fərqli kalsium izotopundan istifadə olunub: Ca⁴⁰, Ca⁴², Ca⁴⁴, Ca⁴⁶ və Ca⁴⁸. Bu izotoplarda müəyyən enerji keçidləri araşdırılıb. Tədqiqat zamanı iki fərqli izotop eyni vaxtda eyni tələ içində saxlanılıb və onların arasındakı tezlik fərqləri Sub-Hertz (Herts-altı) səviyyəsində, yəni fövqəladə həssaslıqla ölçülüb. Bu yanaşma vasitəsilə ətraf mühitdən qaynaqlanan səs-küy azaldılıb və ölçmə dəqiqliyi artırılıb.

Tədqiqatın əsas analiz üsulu isə "King qrafiki” adlı məlumat vizuallaşdırma texnikası olub. Mövcud fizika qanunlarına görə, bu qrafikdəki məlumatların bir düz xətt boyunca sıralanması gözlənilir. Lakin əldə olunan nəticələr bu gözləntiyə uyğun gəlməyib. Qrafikdəki nəzərəçarpacaq əyrilik statistik baxımdan əhəmiyyətli sayılan səviyyəyə çatıb.

ETH Sürixdən fizika professoru Diana Prado Lopes Aude Kreykin sözlərinə görə, bu sapmanı yalnız məlum nüvə fizikası təsirləri ilə izah etmək mümkün deyil. Hesablamalar göstərir ki, Standart Model çərçivəsində müəyyən edilmiş ən böyük təsir olan ikinci dərəcəli kütlə sürüşməsi belə bu əyriliyi açıqlamaq üçün yetərli deyil. Alimlər, bu sapmanın mümkün səbəbi kimi "nüvə qütbləşməsi" təsirinə işarə edirlər. Bu təsir, atom nüvəsinin ətrafındakı elektronların kiçik dəyişikliklər yaratması nəticəsində ortaya çıxır, lakin hələ də tam başa düşülməyib.

Əldə olunan nəticələr birbaşa olaraq "yeni bir fizika nəzəriyyəsi”nin sübutu olmasa da, bəzi ehtimalları daraldaraq fərziyyələrin sərhədlərini yenidən müəyyənləşdirir. Alimlər bu məlumatlarla hələ təsdiqlənməmiş bir hissəciyin daşıya biləcəyi beşinci fundamental qüvvəni təsvir edən "Yukava qarşılıqlı təsiri” ilə bağlı məhdudiyyətləri daha da sərtləşdiriblər. Ölçmələr, bu hipotetik bozonun kütləsinin 10 eV/c² ilə 10⁷ eV/c² arasında ola biləcəyini göstərir.

Tədqiqat qrupu hazırda üçüncü bir keçid xətti üzərində daha yüksək dəqiqliklə ölçmələrə hazırlaşır. Yeni məlumatlar vasitəsilə müşahidə olunan sapmanın mənbəyini daha aydın şəkildə təyin etmək və mümkün yeni qüvvələri müəyyənləşdirmək məqsəd qoyulub.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Avqust 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri