Icma.az
close
up
RU
Fiziki aktivlik yaşla bağlı yaddaş zəifləməsini ləngidə bilər ARAŞDIRMA

Fiziki aktivlik yaşla bağlı yaddaş zəifləməsini ləngidə bilər ARAŞDIRMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Müntəzəm fiziki aktivliyin qısamüddətli yaddaşın yaşla bağlı zəifləməsini ləngidə biləcəyi və beynin struktur sağlamlığını qoruduğu müəyyən edilib. Bu nəticəyə alimlər orta və yaşlı yaş qrupuna aid təxminən 20 min nəfərin məlumatlarını təhlil etdikdən sonra gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqat "European Journal of Neuroscience" (EJN) jurnalında dərc olunub.

Yaş artdıqca idrak pozuntuları və demensiya riski kəskin yüksəlir, yaddaşın zəifləməsi isə insanların müstəqil həyat tərzinə və həyat keyfiyyətinə ciddi təsir göstərir. Hərəkətsizlik isə təsir göstərilə bilən azsaylı risk amillərindən biri hesab olunur. Əvvəlki araşdırmalar fiziki cəhətdən aktiv insanların idrak funksiyalarını daha yaxşı qoruduğunu göstərsə də, bu təsirin bioloji mexanizmləri tam aydın deyildi.

Yeni tədqiqatda alimlər hərəkətlilik, beynin strukturu və yaddaşın konkret növləri arasındakı əlaqəyə diqqət yetiriblər. Əvvəlki bir çox işlərdən fərqli olaraq, bu dəfə sorğular deyil, obyektiv ölçmələrdən istifadə olunub: iştirakçılar yeddi gün ərzində biləklərində akselerometr daşıyıblar və bu, fiziki aktivlik səviyyəsinin dəqiq müəyyən edilməsinə imkan verib.

Araşdırmaya yaşı 45-82 arasında olan 19 721 nəfər cəlb edilib. Yaddaş kompüter testləri vasitəsilə, o cümlədən qısamüddətli işçi yaddaşı qiymətləndirən ədədi ardıcıllıqların yadda saxlanılması tapşırığı ilə ölçülüb. Təxminən 15 min iştirakçı üzrə isə beynin MRT görüntüləri də mövcud olub.

Nəticələr göstərib ki, yüksək fiziki aktivlik səviyyəsi məhz ədədi yaddaş testində daha yaxşı nəticələrlə əlaqəlidir: aktiv insanlar daha uzun rəqəm ardıcıllıqlarını yadda saxlayıb təkrar edə biliblər. Bu əlaqə yaş, təhsil səviyyəsi və həyat tərzi kimi amillər nəzərə alındıqdan sonra da qalmaqdadır. Digər yaddaş növlərində  məsələn, vizual və ya perspektiv yaddaşda  təsir daha zəif olub və ya ümumiyyətlə müşahidə edilməyib.

MRT məlumatları bu təsirin mümkün mexanizmini izah etməyə kömək edib. Fiziki cəhətdən aktiv iştirakçıların ümumi beyin həcmi, eləcə də boz və ağ maddə miqdarı daha çox olub. Bundan əlavə, onlarda kiçik damar xəstəlikləri və idrak zəifləməsi ilə əlaqəli olan ağ maddə hiperintensivlikləri daha az müşahidə edilib.

Statistik analiz göstərib ki, beynin struktur vəziyyəti fiziki aktivliyin yaddaşa verdiyi faydanı qismən izah edir. Xüsusilə ağ maddənin rolu ön plana çıxıb: beynin damar mənşəli zədələnmələrinin azalması fiziki aktivliyin qısamüddətli yaddaşa müsbət təsirinin təxminən 30 faizini izah edir. Bu isə hərəkətin beyin damarlarının və neyron əlaqələrinin sağlamlığını qoruyaraq idrak funksiyalarını dəstəkləyə biləcəyini göstərir.

Maraqlıdır ki, fiziki aktivlik yaddaş üçün əsas strukturlardan biri olan hipokampın həcminin artması ilə əlaqəli olsa da, məhz bu struktur ədədi yaddaş testindəki yaxşılaşmanı izah etməyib. Müəlliflərin fikrincə, bunun səbəbi qısamüddətli işçi yaddaşın əsasən alın və təpə paylarını əhatə edən neyron şəbəkələrinə söykənməsi, hipokampın isə daha çox hadisə yaddaşı üçün vacib olmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Fevral 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri