Icma.az
close
up
RU
Fiziki aktivlik xərçəng müalicəsinin fəsadlarını azalda bilər ARAŞDIRMA

Fiziki aktivlik xərçəng müalicəsinin fəsadlarını azalda bilər ARAŞDIRMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fiziki aktivliyin xərçəng müalicəsinin yaratdığı yan təsirləri azalda bildiyi elmi şəkildə sübut edilib.

Bakıvaxtı.az xəbər verir ki, Çin Tibb Universitetinin Şenjinq Xəstəxanasının rəhbərliyi ilə aparılan və British Journal of Sports Medicine jurnalında dərc edilən yeni tədqiqatda 2012–2024-cü illər arasında yayımlanmış 80 elmi məqalə və 485 elmi nəticə təhlil olunub.

Araşdırmanın nəticələrinə görə, aerobik və güc məşqləri, yoqa, tai chi və yüksək intensivlikli intervallı idmanlar kimi fiziki fəaliyyət növləri xərçəng müalicəsi zamanı ortaya çıxan ürək və sinir sistemi zədələnmələri, “beyin dumanı” (kognitiv pozulmalar) və nəfəs darlığı kimi problemləri nəzərəçarpacaq dərəcədə azalda bilir.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, idman yalnız fiziki deyil, psixoloji cəhətdən də xəstələrə müsbət təsir göstərir. Fiziki aktivlik yuxu keyfiyyətini artırır, bədən funksiyalarını yaxşılaşdırır, sosial münasibətləri gücləndirir və ümumi həyat keyfiyyətini yüksəldir. Bundan əlavə, idmanın insulin səviyyəsi və iltihabi göstəricilər kimi bioloji parametrlərə də müsbət təsir etdiyi vurğulanıb.

Tədqiqatda əməliyyat öncəsi dövrdə də idmanın əhəmiyyətinə diqqət çəkilib. Araşdırma göstərib ki, əməliyyatdan əvvəl məşq edən xəstələrdə əməliyyat sonrası ağırlaşma, ağrı, xəstəxanada qalma müddəti və ölüm riski əhəmiyyətli dərəcədə azalır.

Tədqiqat nəticələrini şərh edən İngiltərənin Xərçəng Araşdırmaları Fondunun ekspert tibb bacısı Selene Doherty deyib:

“Bu nəticələr göstərir ki, idman xərçəng müalicəsinin yan təsirlərini azaltmaq və ümumi sağlamlıq nəticələrini yaxşılaşdırmaq baxımından çox önəmlidir. Lakin xəstələri diaqnozdan sonra keçirdikləri çətin dövrdə həyat tərzini dəyişdirmək asan olmaya bilər. Əsas məsələ odur ki, hər kəs öz tempinə uyğun fəaliyyət növünü tapsın və müalicə komandası ilə məsləhətləşsin".

Mütəxəssislər tövsiyə edirlər ki, xərçənglə mübarizə aparan şəxslər müalicə müddətində də həkim nəzarətində olmaqla fiziki aktivliyi həyatlarına daxil etsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri