Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

“Fiziki tərbiyə dərsləri şagirdlər tərəfindən çox sevilir”

“Fiziki tərbiyə dərsləri şagirdlər tərəfindən çox sevilir”

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 229 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Əliağa Əliyev oldu.

Ə.Əliyev əvvəlcə bildirib ki, 8 ildir fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərir: "Mən orta məktəbi 2009-cu ildə başa vurmuşam, 2009-2013-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışam. 2016-cı ildə müəllimlərin işə qəbulu üzrə dövlət imtahanında iştirak etmişəm və Yardımlı rayon Bərcan kənd tam orta məktəbində çalışmağa başlamışam. 2017 ci ildən yerdəyişmə nəticəsində Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə fəaliyyətimi davam etdirirəm. Artıq 8 ildir ki, bununla yanaşı, Azərbaycan Badminton Federasiyasında hakim kimi çalışıram. Eyni zamanda UEFA-nın "Playmakers" layihəsinin təlimçisiyəm".

O, şagirdlərin fiziki tərbiyə dərslərinə yüksək səviyyədə maraq göstərdiklərini deyib: "Ümumiyyətlə, deyərdim ki, bizim fənn şagirdlərimiz tərəfindən çox sevilir. Bunu biz onların dərsə olan davamiyyətlərindən, fəal iştiraklarından açıq-aşkar hiss edə bilirik. Bayram, tətil olarkən biz də şagirdlərimiz üçün darıxırıq. Qarşılıqlı iş birliyimiz bizi çox xoşbəxt edir".

Ə.Əliyev fizki tərbiyə müəllimlərinin öhdəliklərindən də söz açıb: "Əvvəlcə demək istəyirəm ki, müəllim özü şagird üçün bir motivasiya olmalıdır. Fikrimcə, dərslərin keyfiyyəti də məhz bundan irəli gələn bir məsələdir. Şəxsən özümün işlədiyim ilk məktəbdən deyərdim ki, heç bir şəratimiz yox idi, lakin bəzi tədris vahidlərimizi inkişaf etdirmək üçün özümüz nələrəsə can atırdıq. Hər bir müəllimin dərslərə öz yanaşma prinsipləri var. Bu da hər dərsin daha rəngarəng, maraqlı olmasına gətirib çıxarır. Bizim ilk məqsədimiz şagirdlərin fiziki tərbiyə dərslərindən zövq almasını təmin etməkdir. Onlarla maraqlı oyunlar keçirmək, onların liderlik xüsusiyyətlərini üzə çıxarmaq, özlərini sərbəst hiss etməklərini təmin etmək prioritetimizdir. Daim maarifləndirici görüşlər keçirmək, nümunəvi idmançıları misal çəkmək və o tip idmançılarla görüşlər təşkil etmək şagirdlərə müsbət təsir edə bilər".

Həmsöhbətimiz məktəblərdəki idman zallarının, avadanlıqların səviyyəsi haqda fikirlərini bölüşüb: "Hazırda işlədiyim məktəbdə zalın vəziyyəti idealdır. Yenə də bildirmək istərdim ki, əgər məqsədimiz şagirdlərin fiziki inkişafına nail olmaqdırsa,  biz bunları zəif şəraitdə belə etməliyik".

Fiziki tərbiyə müəllimi şagirdlərinin iştirak etdikləri yarışlardan da danışıb: "Hər tədris ilinin əvvəlində məktəblərə  əsasnamə gəlir ki, il ərzində hansı yarışlar olacaq. Buna uyğun olaraq şagirdlərimizi hazırlayırıq və uğur qazanmağa çalışırıq. Nəzərinizə çatdırmaq istərdim ki, 2023-2024-cü tədris ilində məktəbimizin şagirdlərinin böyük uğurları oldu. AFFA-nın təşkilatçılığı altında məktəblərdə keçirilən futbol dərsləri layihəsinin qalibi olduq. Bundan əlavə, "Kids Atletic" yarışında şagirdlərimiz OCEP məktəbləri arasında 2-ciliyi qazandılar. Sevindirici hal bundan ibarətdir ki, şagirdlərin futbol üzrə uğurlu çıxışları bu növdə ixtisaslaşmış məşqçilər tərəfindən diqqətdə saxlanılır. Daha sonra uşaqlarımiz klublara cəlb olundular. Şagirdlərin çoxu futbol, stolüstü tennis kimi idman növlərinə maraq göstərirlər".

O, uşaqların daha çox yarışlarda iştirak etməli olduğunu söyləyib: "Fikrimcə, ölkəmizdə idman daim diqqət mərkəzindədir. Sadəcə bəzən inventarların azlığından əziyyət çəkirik. Bu hal baş verdikdə yaradıcı yollarla çıxış yolları tapmağa çalışıriq. Fikrimcə, yarışların sayını daha da artırmaq zehni yorğunluğun aradan qaldırılmasına gətirib çıxarar. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar".

Ə.Əliyev sonda qızların idmanla məşğul olmağına və qazandıqları uğurlara da toxunub: "Bu, bizim yaralı yerləmizdən biridir. Ama özümü təqdim edəndə qeyd etdim ki, həmdə UEFA-nın "Playmakers" layihəsində təlimçi kimi fəaliyyət göstərirəm. Layihənin əsas məqsədi 5-8 yaşlı qızlarımıza cizgi filmi qəhrəmanları üzərindən futbolun təməl texnikasını öyrətməkdir. Əvvəlcə bunu reallaşdırmağımız çətin idi. Lakin biz qızlarımızın valideynlərini cəlb etdikdə,  onlar uşaqlarının üzlərindəki xoşbəxtliyi, təbəssümü gördükdə artıq bizə mane olmadılar. Son olaraq demək istəyirəm ki, icazə verək, uşaqlarımız xoşbəxt olduqları peşə ilə məşğul olsunlar".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri