Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Məktəblərdə fiziki tərbiyə fənninin əhəmiyyəti

Məktəblərdə fiziki tərbiyə fənninin əhəmiyyəti

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 94 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Marina Plaxotneva oldu.

O, əvvəlcə fiziki tərbiyə fənninin əhəmiyyətindən danışıb: "İlk olaraq qeyd edim ki, 36 ildir, pedaqoji fəaliyyətlə məşğulam. Fiziki tərbiyə hər bir tədris ocağının fəaliyyətinin ən əsas istiqamətlərindəndir, bütün tədris-tərbiyə prosesinin ayrılmaz bir hissəsi sayılır. Qeyd etməliyəm ki, məktəb dövründə fiziki təkmilləşmənin möhkəm əsası yaradılmalıdır. Fiziki tərbiyə müəllimləri bu məqsədə çatmaq üçün çalışırlar. Şagirdlərə əldə olunan yetkin səviyyəni gələcəkdə qoruyub saxlamağı və daha da inkişaf etdirməyi öyrədirlər. Lakin tədrisin keyfiyyətini daha çox yüksəltmək üçün müəyyən boşluqları aradan qaldırmaq zəruridir. Əvvəlcə hər bir şagirdə aşılanmalıdır ki, fiziki tərbiyə sadəcə iki 45 dəqiqəni əhatə edən idman dərsi deyil. Fiziki tərbiyə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam, qıvraq, möhkəm, çətinliyə dözümlü, cəsarətli, mətin, iradəli, şən və gümrah böyüməsinə kömək edir. Fiziki tərbiyə dərsləri şagirdləri əmək prosesinə qoşur, vətənin müdafiəsinə hazırlayır".

M.Plaxotneva şagirdlərin diqqətini idmana yönəltməyin yollarından söz açıb: "Uşaqların diqqətini cəlb etmək, onları əyləndirmək üçün müxtəlif üsullardan istifadə edirik. Məsələn, bu prosesin daha da səmərəli keçməsi məqsədi ilə mütəmadi olaraq şagird və valideynlərin iştirakı ilə çox maraqlı “Şən startlar” adlı yarışlar təşkil olunur. Hazırda məktəbimizdə “Valideyn-məktəb-şagird” adlı valideyn aylığı davam etməkdədir. Yenilik olaraq valideynlər layihədə passiv dinləyici olmurlar, müəllimlə əməkdaşlıq edərək öz ixtisaslarına uyğun fənləri şagirdlərə tədris edirlər. İdman üzrə mütəxəssis valideynlərimizin tədris etdiyi fiziki tərbiyə dərsləri şagirdləri çox sevindirdi. Mənim çox istifadə etdiyim oyunlardan biri isə dərsin bir neçə dəqiqəsində keçirilən və uşaqların böyük marağına səbəb olan “Gülüş” adlı oyundur. Belə ki, komanda üzvləri hansısa deyilən heyvanı və ya əşyanı, obrazı hərəkətlərlə təsvir etməlidirlər. Belə gülüş şagirdləri stress və gərginlikdən, lazımsız komplekslərdən azad edir, onların dərs prosesinə həvəslə qoşulmağına şərait yaradır". 

O, məktəblərdə infrastrukturun get-gedə yaxşılaşdırıldığını bildirib: "Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yenilənən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər respublikamızda məqsədyönlü şəkildə, davamlı olaraq çoxlu məktəb binası tikilib və ya təmir edilib. Bizim doğma 94 nömrəli məktəbimizdə də bu yaxınlarda təmir işləri aparıldı, səliqəli idman zalı şagirdlərin istifadəsinə verildi. Bu sahədə aparılan işlər bir daha sübut edir ki, məktəblərin yenilənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir".

Həmsöhbətimiz vurğulayıb ki, uşaqları idmana bağlamaq üçün tez-tez müxtəlif layihələr təşkil edilməlidir: "Ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hər məktəbdə şagirdləri müxtəlif idman layihələrinə, dərnəklərə cəlb etmək, təbliğat aparmaq vacibdir. Sevindirici haldır ki, Azərbaycanda ümumilikdə idmana kütləvi maraq artmaqdadır və bu istiqamətdə dövlət proqramları çərçivəsində mühüm layihələr həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək".

Fiziki tərbiyə müəllimləri şagirdlərin iştirak etdikləri yarışlardan danışıb: "Мəktəblilərimiz müxtəlif yarışlarda aktiv iştirak edirlər. Məsələn, futbol, voleybol, badminton və sair idman növləri üzrə yarışlara qatılırlar. Şahmat üzrə məktəblərarası turnirdə şagirdlərimizin gözəl iştirakı, 1-ci və 2-ci yerləri qazanmaqları bizi qürurlandırır!"

M.Plaxotneva şagirdləri pis vərdişlərdən uzaqda saxlamaq üçün onlarla müxtəlif söhbətlər apardığını qeyd edib: "Uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq, təhsilə və idmana bağlamaq üçün mütəmadi şəkildə görüşlər, müzakirələr, söhbətlər aparılır. Şagirdlərin idmanla məşğul olması üçün ən effektiv motivasiya onları insan orqanizmi üçün çox xeyirli və maraqlı olan relaksasiya və meditasiya ilə tanış etmək, bununla bağlı onları zəruri bilik və bacarıqlara yiyələndirməkdir. Mənim üçün vacibdir ki, uşaq təkcə bilik toplamasın, həm də onu həyatda tətbiq edərək özünə və başqalarına dəstək olsun. Bu məqsədlə mən sadəcə tədris prosesinə deyil, əsasən, son nəticəyə diqqət yetirməklə fərqlənən innovativ texnologiyalardan istifadə etməyə başladım. Düzgün nəfəs alma və vizuallaşma da bu texnologiyalardandır. Qeyd etdiyim texnologiyalar  uşaqlara bir boyu rahatlıq və sağlamlıq bəxş edə bilər. Biz şagirdləri təxəyyül dünyasına cəlb etməklə, onların mənfi düşüncələrdən və narahatlıqlardan  qurtulmağına kömək edirik. Sakit, meditativ musiqi, düzgün nəfəs alma təcrübəsi, vizuallaşdırma… Bu prosesdə iştirak edən uşaq, özü də bilmədən stressdən xilas olur, mənfi düşüncələr və gərginlik yükünü atır, bədəninin sakitləşməsinə kömək edir. Nəticədə orqanizm yeni bol qüvvə ilə təmin edilir. Çox sevinirəm ki, bu proses artıq  şagirdlərimizdə vərdiş halını alıb. Onlar məktəbdənkənar vaxtda da lazımı olarsa,  bu texnologiyalardan müstəqil istifadə edərək yeni enerjiyə yiyələnirlər".

O, sonda qızların idmanla məşğul olmasına və onların qazandıqları nailiyyətlərə toxunub: "Təəsüf ki, hələ də bəzi valideynlər idmanın qız üçün olmadığını düşünür və qızlarını idmandan uzaq tutmağa çalışırlar. Belə hallarda valideynlərlə mütləq şəkildə söhbət aparılır. Zənnimcə, məktəbimizin qız çempionları uğurun bariz nümunəsidir. Qalibiyyət zirvəsinin məhz qızlar tərəfindən də fəth olunması qürürvericidir! Şahmat üzrə Respublika çempionu, dünya çempionatına vəsiqə qazanmış Əsnad Vəliyevanın, karate üzrə Avropa çempionu Şəlalə Rüstəmovanın, badminton üzrə Avropa çempionu Mələk Təhməzlinin, şahmat üzrə Respublika çempionu Zəhra Yaqubovanın və digər qız idmançılarımızın qələbələri hər birimizi fərəhləndirir. Qız çempionlarımızdan əlavə, istedadlı oğlan  idmançılarımız da var. Karate üzrə respublika çempionu Raul Tağıyev, cüdo və güləş üzrə respublika çempionu Nuhan İsmayılzadə və digərləri… Onlar həm ölkəmizdə, həm də xaricdə əldə etdikləri nailiyyətlərə görə yüksək adlara layiq görülüblər. Düşünürəm ki, şagirdləri  sağlam ruhla, sağlam bədənlə yetişdirmək, onları yeni qələbələrə ruhlandırmaq və doğru istiqamətləndirmək  hər bir fiziki tərbiyə müəlliminin şərəfli vəzifəsidir!"

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:395
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri