Fizioterapiya Sağlamlıq Mərkəzinin direktoru 5000 AZN cərimə olundu
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Tərtər şəhəri, R. Mürsəlov küçəsində yerləşən Fizioterapiya Sağlamlıq Mərkəzinin lisenziya olmadan tibbi fəaliyyətlə (fizioterapevtlik) məşğul olduğu aşkar edilib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı həmin Fizioterapiya Sağlamlıq Mərkəzində lisenziya olmadan tibbi fəaliyyətlə (fizioterapevtlik) məşğul olunduğu müəyyən edilib.
İdarə tərəfindən müvafiq qaydada sənədləşdirilərək tədbir görülməsi üçün materiallar Səhiyyə Nazirliyinə göndərilib.
Nəticədə Fizioterapiya Sağlamlıq Mərkəzinin direktoru Samirə Aslanova İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 5000 manat məbləğində cərimə tətbiq olunub.
Məsələ ilə bağlı Samirə Aslanova Səhiyyə Nazirliyinin qərarından məhkəməyə şikayət verib. O bildirib ki, nazirlik tərəfindən tətbiq edilən cərimə fiziki şəxsə deyil, hüquqi şəxsə tətbiq olunmalı idi.
Buna görə də barəsində tətbiq edilən cərimənin ləğv edilməsini istəyib. O, həmçinin hazırda lisenziyasının olmadığını, tələb olunan lisenziyanı cərimə ləğv edildikdən sonra alacağını qeyd edib.
Məhkəmə isə mərkəz rəhbərinin şikayətini təmin etməyib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 05 Mart 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















