Icma.az
close
up
RU
Bakıda sağlamlıq mərkəzinin direktoru kimlərdən rüşvət alıb? KONKRET

Bakıda sağlamlıq mərkəzinin direktoru kimlərdən rüşvət alıb? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun barəsində olan hökmdən verilmiş kasasiya şikayətinə baxılıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Əliyar Məmmədov Cinayət Məcəlləsinin 32.4,308.1 (iştirakçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma (passiv rüşvətxorluq), 312-1.1 (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi, 32.4,313 (iştirakçılıq, vəzifə saxtakarlığı) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

İttihama görə, Əliyar Məmmədov vəzifəli şəxs kimi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində təkrar istəyərək alıb. O, tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edib, təkrar vəzifə saxtakarlığı törədib.

Əliyar Məmmədov vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

İstintaq sənədlərində göstərilib ki, Əliyar Məmmədov ona müraciət etmiş şəxslərə əlillik dərəcəsi alacağı, həmçinin əllik dərəcəsinin bərpa etdirəcəyinə dair yalan vədlər verməklə rüşvət alıb.

Bu əməllərini o, İmişli rayon sakini olan cinayətdən xəbərsiz tanışı Elnur Əzimovun vasitəsilə törədib. Sənədlərə görə, şikayətçiləri onun yanına Elnur Əzimov gətirib, o da rüşvət almaqla qanunsuz hərəkətlərə yol verib.

Elnur Əzimov onun yanına 5 nəfər gətirib, onların hər biri ilə qohumluq əlaqəsi var.

Əliyar Məmmədov daha 11 nəfərdən eyni əmələ görə rüşvət alıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar Məmmədov özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 4 may 2018-ci ildən Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində işləyib:

“Elnur Əzimovu 2018-ci ildən tanıyıram. Bacısı onkoloji xəstə olduğu üçün mənə müraciət etdi. Mən də onu aidiyyəti xəstəxanaya müalicəyə göndərdim. Həmin vaxtdan Elnurla münasibətim yarandı. Aramızda ədavət və düşmənçilik olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin ortalarından ayrı-ayrı vaxtlarda Elnur ona müraciət edib və 5 nəfər tanışına əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərməyi xahiş edib:

“Elnur mənə həmin şəxslər barəsində epikrizləri və tibbi rəyləri təqdim etdi. Buna uyğun olaraq rəhbərlik etdiyim müəssisədə həmin şəxslərin adına ambulator tibbi karta açıldı. Onların bəziləri Xocasən Sağlamlıq Mərkəzinə gələrək tibbi müayinədən keçdilər. Digərləri isə qeydiyyatda olduqları poliklinikadan sənəd aldılar.

Bundan sonra “Forma 88” adlanan Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndəriş tərtib etdim. “Forma 88” internet vasitəsi ilə elektron qaydada tərtib olundu. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası tərəfindən həmin şəxslərin telefonuna SMS vasitəsi ilə əlillik dərəcəsi təyin edilməsinə dair təsdiq bildirişi göndərildi. Mən Elnur Əzimovun xahişi ilə sadəcə 5 nəfərin məlumatlarını elektron sistemə daxil etmişəm”.

Sabiq baş həkimin sözlərinə görə, İlqar Abdulov barəsində 15 avqust 2018-ci ildə, Rövşən Mustafayev barəsində 16 avqust 2018-ci ildə, Elsevər Məmmədzadə barəsində 17 noyabr 2018-ci ildə, Rahib Şıxalıyev barəsində 17 dekabr 2018-ci il tarixdə “Forma 88” tərtib edilməklə həmin şəxslərə dair məlumatlar elektron sistemə işlənib:

“Mehriban Hüseynovanın barəsində də “Forma 88” onun tərəfindən işlənib. Lakin bunun tarixini dəqiq xatırlamıram. Adı çəkilən şəxslərdən heç birini tanımamışam. Sadəcə Elnurun xahişi ilə həmin şəxslərə dair məlumatları elektron sistemə işləmişəm və onlara əlillik dərəcəsi təyin edilib.

Sonradan Rahib Şıxalıyevə təyin edilmiş əlillik dərəcəsi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılmış təkrar yoxlama nəticəsində etibarsız hesab edilib. Elnurun məndən xahiş etdiyi işlərə görə heç bir məbləğdə pul almamışam. Sadəcə Elnurla olan münasibətinə görə ona kömək etmişəm. Məninm qeyd etdiyim 5 nəfərdən başqa heç bir şəxsə əlillik təyin edilməsində iştirakının olmayıb. İlkin izahatımda adını çəkdiyim 11 nəfərin barəsində əlillik təyin edilməsində iştirak etməmişəm. İlkin izahatımda göstərilənlərin doğru olmayıb. Sadəcə 5 nəfər üçün “Forma 88” tərtib etmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyar Məmmədov 3il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib, 9 il müddətə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Əliyar Məmmədova Cinayət Məcəlləsinin 32.4,313 və 313-cü maddələri ilə cəza təyin olunmayıb.

Hökmə əsasən, zərərçəkmiş hüquqi şəxs olan mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vurulmuş maddi ziyana görə təqsirləndirilən şəxs Əliyar Məmmədova qarşı mülki iddia tam təmin olunub.

Əliyar Məmmədovdan 168.828,33 manat alınaraq mülki iddiaçı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınıb.

Əliyar Məmmədov tərəfindən Baş Prokurorluğunun depozit hesabına qoyulmuş ümumilikdə 168.828,33 manat vəsait barəsində xüsusi müsadirə tətbiq olunub və həmin pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməsi barədə qərar verilib. Həmin 168.828,33 manat Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.

Hökmdən narazı qalan Əliyar Məmmədovun müdafiəçisi apelyasiya şikayəti verib. Onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin olunmayıb.

Bu qərardan Ali Məhkəməyə müraciət olunub. Ali Məhkəmədə işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət qismən təmin edilib.

Əliyar Məmmədovun cəzası 8 il 6 aya endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaxanım ana oldu

04 İyul 2025 15:22see141

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see125

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see121

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see114

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see113

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see112

BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib

04 İyul 2025 18:20see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri