“Flamenqo” Juninyonu ala bilmək üçün görün hansı yola əl atıb... gözlənilməz addım
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Juninyonun “Qarabağ”dan “Flamenqo”ya keçdiiylə bağlı bəzi detallara aydınlıq gəlib.
“Football-plus.az” Braziliya mediasına istinadla xəbər verir ki, “qırmızı-qaralar” 28 yaşlı hücumçunu heyətinə qata bilmək üçün gözlənilməz addım atıb.
Nəşrin iddiasına görə, “Flamenqo” Juninyo ilə hələ dekabrın əvvəllərində danışıq aparıb, amma maliyyə məsələsində anlaşa bilmədiyindən razılıq əldə olunmayıb. Prosesin davam etdiyi müddətdə ortaya çıxan problem isə klubu alternativ yol tapmağa vadar edib.
Söhbət İspaniya “Sevilya”sından gedir ki, La Liqa təmsilçisi oyunçu üçün daha yaxşı maliyyə şərtləriylə çıxış edib. Belədə “Flaminqo” futbolçusu Fabritsio Brunonu “Kruzeyro”ya satıb. Özü də 7 milyon avroya! Nəticədə əldə edilən gəlir sayəsində “Sevilya”nın təklifini kölgədə qoyan məbləğ vəd edən braziliyalılar Juninyonun qəlbini “oğurlaya bilib”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 16 Yanvar 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















