Flamenqo nun futbol direktoru: Juninyonu transfer etməyimizin səbəbi boşluğu doldurmaq idi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Onun daha yaxşı uyğunlaşacağını gözləyirdik. Lakin bunu əvvəlcədən bilmək çox çətindir".
Oxu.Az xəbər verir ki, bunu Braziliya "Flamenqo"sunun futbol direktoru Joze Boto "Qarabağ"dan transfer etdikləri Olavio Juninyonun komandadan ayrılacağına dair xəbərlərə münasibət bildirərkən deyib.
Onun fikrincə, 29 yaşlı hücumçudan daha çox şey gözlənilir:
"Biz Juninyonu Pedro zədələndiyi vaxt almışdıq. Juninyonu mərkəz hücumçumuz olacağı və 50 qol vuracağı düşüncəsi ilə heç vaxt axtarmamışdıq. Sadəcə, mövcud boşluğu doldurmaq istəyirdik. O bu rolda özündən gözləniləni yerinə yetirdi. Əlbəttə, tezliklə uyğunlaşmaq daha çox idmançının dözümlülüyündən asılıdır. İndi daha yüksəksəviyyəli oyunçuların varsa, belə bir imkanı qazanmaq çətindir".
Botonun sözlərinə görə, az xərclə başa gəldiyi düşünülən forvard məşqlərdə irəliləyiş nümayiş etdirib. Bununla belə, məşqçilər heyəti onun hazırkı heyətdə məhdud yer imkanlarını nəzərə alaraq, tezliklə yeni komanda tapacağını gözləyir.
Qeyd edək ki, Olavio Juninyo klublararası dünya çempionatında yalnız ABŞ "Los Anceles"inə qarşı 8 dəqiqə oynaya bilib. Qalan 3 matçda o, ehtiyatda qalıb. Hazırda "Flamenqo"nun hücum xəttində Bruno Enrike yer alır. Zədəsini sağaldan Pedro da heyətə qayıdıb və buna görə Juninyo üçüncü hücumçu statusuna enib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 01 İyul 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















