Icma.az
close
up
RU
Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm Flavinyo

Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm Flavinyo

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo

“Neftçi” və Azərbaycan üçün çox darıxıram. Həyatımın ən gözəl illərini orada keçirmişəm, o ölkədə çox yaxşı dostlarım var”.

Bu sözləri QOL.az-a açıqlamasında “Neftçi”nin keçmiş futbolçusu Flavinyo deyib.

2010-2015-ci illərdə “Neftçi”də çıxış edən, komandanın liderlərindən olmuş braziliyalı yarımmüdafiəçi hazırda ölkəsində məşqçi kimi fəaliyyət göstərir:

“Heç vaxt futboldan kənarda qalmamışam. Öz futbol məktəbim var. Özüm də məşqçilik edirəm. 20 yaşa qədər futbolçulardan ibarət komandaların məşqçisiyəm”.

Karyerasının ən parlaq dövrünü “Neftçi”də keçirən veteran futbolçu klubun sabiq rəhbərliyinin ona qarşı biganə davrandığını bildirib: “Təəssüf ki, komandadan ayrıldıqdan sonrakı illərdə “Neftçi” klubunun rəhbərliyi məni yada salmadı. Komandaya kömək etmək üçün dəfələrlə cəhd etdim, amma “Neftçi” mənə qapılarını açmadı". 

Flavinyo bir gün yenidən “Neftçi”də olmaq, komandaya kömək etmək istədiyini də vurğulayıb: “Azərbaycanda çox dostum var. Doğrudan da ölkəniz üçün çox darıxıram. Bir gün qayıdıb “Neftçi”də işləmək və komandaya kömək etmək istəyirəm". 

Flavinyo Yuri Vernidubun “Neftçi”yə gəlişindən sonra komandanın uğurlu çıxışlarından xəbərsizdir: “Düzünü desəm, son aylarda “Neftçi”nin oyunlarının necə keçdiyini bilmirəm. Bizim vaxtımızda futbolçuların həm istedadı, həm də böyük qələbə istəyi var idi. Bilirdik ki, klub üçün titullar qazanmaq və avrokuboklarda oynamaq çox vacibdir. Buna görə də bir neçə il bunu yaşadıq". 

Flavinyo mərhum baş məşqçisi Böyükağa Hacıyevi də yada salıb. Onun komandanın ovaxtkı uğurlarında böyük payı olduğunu qeyd edib:  “O, böyük məşqçi idi. Dünyasını dəyişdiyinə görə çox üzülmüşdüm. Mənə oğlu kimi yanaşırdı. Kapitan olduğum üçün həmişə məni otağına çağırırdı. Başqa oyunçuların bütün xırda səhvlərinə görə çağırıb məni danlayırdı (gülür). Amma bunların hamısı böyük sevgi və qayğı ilə edilirdi. Elə buna görə də komandamız çox uğurlu idi. Bütün kollektivimizdə birlik olduğunu hər kəs görürdü. Oyunlarımızda da bunu hiss edirdik. Bizi güclü edən həm də bunlar idi”.

Ramiq Ağaməmmədov

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Aprel 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri