Flik Barselona ya qayıtmaq istəyən Neymarla bağlı qərar verdi
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Santos" klubuna qayıdan Neymarın karyerasına İspaniyada davam edəcəyi barədə müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, Neymarın “Barselona”ya qayıtmaq istədiyi irəli sürülür. “Fichajes”də dərc edilən xəbərə görə, 2026-cı il dünya çempionatına qədər yüksək səviyyədə qalmaq və ən yaxşı formasını əldə etmək istəyən Neymar İspaniyada futbol oynamaq istəyir. İddialara görə, Neymar istəyini “Barselona” prezidenti Joan Laportaya çatdırıb və tərəflər arasında danışıqlar başlayıb.
Qeyd edək ki, “Barselona”nın məşqçisi Hansi Flikin Neymarın transferinə razı olmadığı barədə xəbərlər dərc edilib. Neymar 12 ildən sonra “Santos” qayıdıb. Futbolçu “Santos”da 4 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Fevral 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















