Ancelotti Neymarla bağlı qərar verdi
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti ulduz futbolçu Neymarı mart ayında Fransa və Xorvatiya yığmalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərinə çağırmamağı məqsədəuyğun sayıb.
Lent.az ESPN nəşrinə istinadən xəbər verir ki, italyan mütəxəssis diqqəti futbolçuların fiziki hazırlığına yönəldir və hücumçunun ağır zədədən sonra bərpa prosesinin tədricən yekunlaşmasını planlaşdırır.
"Santos"un şərəfini qoruyan Neymar dizindəki zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsindən kənarda qalıb və ilkin olaraq fevral ayında tədricən meydanlara qayıdacağı proqnozlaşdırılırdı, lakin təcrübəli məşqçi onun yoldaşlıq görüşlərində iştirakını vacib hesab etmir. Ulduz oyunçunun fiziki və texniki göstəriciləri təhlil edildikdən sonra, Neymarın 2026-cı il Dünya Çempionatına aparılıb-aparılmayacağı ilə bağlı yekun qərarın may ayında verilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 Fevral 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















