Flik “Real” haqqında: “Əgər qələbəmiz rəqibə təzyiq göstərirsə, bu, onların problemidir”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 16-cı turunda komandasının “Osasuna” üzərində 2:0 hesablı qələbəsindən sonra “Real Madrid” haqqında danışıb.
İdman.Biz xəbər verir ki, Flik “Osasuna” üzərində qələbənin “Real”a psixoloji təzyiq göstərib-göstərməyəcəyi barədə suala birmənalı cavab verib.
“Rəqiblər haqqında danışmaq istəmirəm. Bu, mənim məsələm deyil. Əgər qələbəmiz rəqibə təzyiq göstərirsə, bu, onların problemidir. Biz bu səviyyədə oynamağa davam etməliyik. Özümüzü toparladıq, yaxşı oynayırıq, artıq bütün oyunçularımız heyətə geri qayıdıb və demək olar ki, hamısı 100% hazırdır. Qalanları məni narahat etmir”, - AS Flikdən sitat gətirib.
İspaniya liqasında oynanılan 17 oyundan sonra “Barselona”nın 43 xalı var və turnir cədvəlinə başçılıq edir. “Real Madrid” 16 oyundan sonra 36 xalla ikinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Dekabr 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















