Icma.az
close
up
RU
“Flora Kərimova məndən 30 min manat istəyir”

“Flora Kərimova məndən 30 min manat istəyir”

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimovanı ittiham edib. Həkim Flora Kərimovanın onu şantaj etdiyini açıqlayıb. Sevinc Heydərova bildirib ki, müğənni şantajla ondan 30 min manat istəyir:

"Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər?  Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. Həmin həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam. Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir".

Ölkə.az xəbər verir ki,  məsələ ilə bağlı Flora Kərimovanın vəkili Elçan Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sevinc Heydərovanın şantaj kimi təqdim etdiyi 30 min manat məsələsi iddia tələbində göstərilib:

"Flora xanım deyir ki, mənim gözümə vurulan maddi ziyana görə 30 min manat təzminat ödənməlidir. Bu, şantaj deyil, məhkəmə qaydasında irəli sürülən iddia tələbidir. Biz məsələni şou halına çevirmək istəmirik. Ortada böyük fakt var. Biz məsələni hüququ prosedurlarla edirik. Hazırda Flora xanımın əməliyyatı ilə bağlı məhkəmə işi Ali Məhkəməyə göndərilib, kassasiya şikayəti verilib. Hələ bu iş yekunlaşmayıb. Yekun qərar verilməyib ki, Flora xanım kimin təqsirindən bu hala salınıb. İkinci vacib məsələ bizim Səhiyyə Nazirliyini məhkəməyə verməyimizdir". 

Elcan Həsənli bu məhkəmə prosesinin yanvar ayının 22-nə təyin edildiyini də vurğulayıb:

"Yəni, proses gedir, işlər yekunlaşmayıb. Yalnız yekun qərardan sonra nəsə fikir bildirmək olar". 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova edib. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri