Icma.az
close
up
RU
Folklor İnstitutu Özbəkistanın Dövlət Ədəbiyyat Muzeyi ilə əməkdaşlığa başlayır

Folklor İnstitutu Özbəkistanın Dövlət Ədəbiyyat Muzeyi ilə əməkdaşlığa başlayır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Qazaxıstanın Qızılorda şəhərində keçirilən “Dədə Qorqud mirası: Türk dünyasının ortaq epik dəyərləri” adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində AMEA-nın Folklor İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

Foklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi Azərbaycan və Özbəkistan alimləri arasında elmi əməkdaşlığı möhkəmləndirmək, ortaq elmi layihələr həyata keçirmək və türk xalqlarının ortaq folklor irsinin tədqiqini genişləndirməkdir.

Sənəddə tərəflərin birgə elmi layihələrin hazırlanması və icrası, elmi kadrların hazırlanmasına dəstək və təcrübə mübadiləsi, ortaq elmi konfransların, simpoziumların və seminarların təşkili, arxiv və əlyazma materiallarının öyrənilməsi və birgə nəşrə hazırlanması, elmi məlumatların və nəşrlərin mübadiləsi, ortaq elmi ekspedisiyaların təşkili istiqamətlərində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Memorandum Azərbaycan, özbək və ingilis dillərində tərtib olunub və beş il müddətinə qüvvədə olacaq.

Sənədi Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev və Dövlət Ədəbiyyat Muzeyinin direktoru filologiya elmləri doktoru, professor Cabbor Eşonkulov imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri