Icma.az
close
up
RU
Folklor İnstitutunda “Folklor və İslam” mövzusu sistemli şəkildə araşdırılıb

Folklor İnstitutunda “Folklor və İslam” mövzusu sistemli şəkildə araşdırılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 fevral, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Qalib Sayılovun “Folklor və islam” adlı monoqrafiyası nəşr olunub.

AZƏRTAC xəbər verir ki, tədqiqatda folklor-din münasibətlərinin nəzəri və tətbiqi aspektləri sistemli şəkildə araşdırılıb.

Kitabın giriş hissəsində bu mövzunun ictimai şüurun inkişaf dinamikası ilə birbaşa bağlı olduğun əsaslandırılıb. Müəllif bu sahənin yeni nəzəri-metodoloji müstəvidə düşünülməsinin zəruriliyi irəli sürülür və folklorla dinin tarixi-sinkretik köklərə malik, bir-birini qarşılıqlı şəkildə qidalandıran dünyagörüşü kodları olduğu konseptini izah edib. Bu yanaşma əsərin ümumi ideya xəttini müəyyənləşdirərək “Azərbaycan folkloru və İslam” münasibətlərinin yeni elmi baxışla tədqiqinə zəmin yaradıb.

Birinci fəslində müəllif “folklor və din” problemini yeni nəzəri-metodoloji müstəvidə təqdim edərək mifologiya, folklor və dini ictimai şüurun əsas konseptləri kimi şərh edir. Burada mifologiya ictimai şüurun başlanğıc mərhələsi, folklor etnokosmik düşüncə modeli və bədii özünüifadə-davranış kodu, din isə yaradılış ideologiyası, dünyagörüşü və sosial-mədəni davranış sistemi kimi izah olunur.

Monoqrafiyanın ikinci fəslində müəllif “Folklor və İslam” problemini tarixi-mədəni kontekstdə araşdıraraq mövzunu “Oğuznamə” ənənəsi üzərində sistemli şəkildə təhlil edib. Bu fəsildə qədim türk eposunda baş verən ideoloji-dini və epoxal transformasiyalar, “Oğuznamə” süjetlərində İslamla bağlı ideya, obraz və motivlərin poesemantikası, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında islami transformların doktrinal əsasları və bədii məna strukturu elmi əsaslarla şərh olunub.

Üçüncü fəsildə müəllif epik janrlar sistemində islami ideyanın motivlənmə səviyyələrini araşdıraraq bu təsirin müxtəlif folklor janrlarında necə formalaşdığını göstərib. Burada “Koroğlu” dastanında mifik-irfani və təsəvvüfi-islami motivlər, məhəbbət dastanlarında islami dünyagörüşün irfani yozumu, nağıllarda sosial harmoniya modelində islami ədalət ideyası, əfsanələrdə mif–İslam transformasiyalarının bədii mənası, lətifələrdə islami ədalətin poetik ifadəsi və atalar sözlərində Tanrıçılıqdan İslama keçidin semantik izləri yeni nəzəri-metodoloji yanaşma əsasında şərh edilib. Bu fəsil İslam düşüncəsinin epik folklor sistemində hansı ideya və məna qatları yaratdığını aydın şəkildə ortaya qoyub.

Tədqiqatın dördüncü fəslində müəllif lirik folklor sistemində islami ideyanın təzahür formalarını hərtərəfli şəkildə araşdırıb. Bu fəsildə layla və oxşamalarda islami ruhun psixoloji-mənəvi ifadəsi, bayatı və bayatı-xoyratlarda Vahid Allah inancının metaforik səviyyələri, mahnı-bayatılarda ilahi duyğuların tərənnümü, tapmaca-bayatılarda islami elementlərin simvolik modellərə çevrilməsi, ürfani bayatılarda islami ideyanın işarə sistemi, eləcə də aşıq yaradıcılığında islami-irfani motivlərin poesemantikası yeni nəzəri-metodoloji yanaşma əsasında şərh edilib.

Monoqrafiyanın son fəslində müəllif mərasim folklorunda İslam motivlərinin semantik qatlarını sistemli şəkildə təhlil edib. Bu fəsildə İslam dini ilə bağlı mərasimlərin folklor mənalandırılması, Qurban və Ramazan bayramlarının xalq ənənələrindəki yozumu, şəbih tamaşalarının folklor əsasları, milli mərasimlərdə islami elementlərin rolu, Novruzun dini-mədəni kontekstdə izahı, Xıdırnəbi bayramının islami semantikası, toy və yas mərasimlərinin dini-mənəvi məna strukturu elmi müstəvidə ümumiləşdirilib.

Əsər folklorşünaslıq və dinşünaslıq istiqamətində aparılan müasir tədqiqatlar üçün nəzəri baza rolunu oynayır, ali məktəblərdə dərs vəsaiti kimi istifadə oluna bilər. Kitabın bir neçə dilə tərcüməsi və beynəlxalq elmi mühitə təqdim olunması nəzərdə tutulur. Nəşr Azərbaycan humanitar fikrində “folklor və İslam” probleminin sistemli elmi həllinə yönəlmiş mühüm addım kimi dəyərləndirilir. Əsər “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktorları mərhum akademik Vasim Məmmədəliyev və filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri