Icma.az
close
up
RU
Folklor İnstitutunda gözbağlıca oyunlarının eposdakı transformasiyası araşdırılıb

Folklor İnstitutunda gözbağlıca oyunlarının eposdakı transformasiyası araşdırılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbə müdiri dosent Ağaverdi Xəlilin “Oğuz eposunun strukturunda gözbağlıca oyunlarının transformativ formaları və qeyri-verbal dilinin deşifrə edilməsi” mövzusunda məruzəsi dinlənilib.

Təqdim edilən məruzədə verbal və qeyri-verbal folklor nümunələri birlikdə araşdırılıb və mövzu üç əsas istiqamət üzrə təhlil edilib. İlk olaraq türk xalqlarının gözbağlıca oyunlarının ümumi səciyyəsi, xarakterik xüsusiyyətləri və ortaq cəhətləri aydınlaşdırılıb. Daha sonra gözbağlıca oyunlarının oğuz eposunun strukturuna transformasiya formaları şərh olunub, eposdan bu oyunların transformasiya olunduğu nümunələr təqdim edilərək onların oyun və epos strukturundakı tipoloji xüsusiyyətləri araşdırılıb. Eyni zamanda, eposun strukturuna transformasiya olunmuş oyun elementlərinin semantik xüsusiyyətləri və burada qeyri-verbal dilin yaratdığı məna qatları izah olunub.

Məruzədə diqqətə çatdırılıb ki, gözbağlıca oyunları dünya modelinin şaquli strukturuna görə üç səviyyəni əhatə edir və bu baxımdan üç əsas qrupa ayrılır. Yuxarıda oynanılan oyunlara kəndirbaz oyunu nümunə göstərilib. Bildirilib ki, bu oyun bərkidilmiş dirəklərə bağlanmış ip üzərində icra olunur, kəndirbaz gözlərini bağlayaraq ipin üzərində hərəkət edir, tamaşaçılar arasından seçilən uşağı belinə alıb oyunu davam etdirir. Bu oyun havadan keçid motivini ehtiva edir. At üstündə gözübağlıca oyunlarının isə xaosa keçidi və xaosdan çıxışı təcəssüm etdirdiyi, yuxarı ilə orta səviyyə arasında keçid xarakteri daşıdığı qeyd olunub.

Alim qeyd edib ki, gözbağlıca oyunları korluğu imitasiya edir, qaranlıq dünyaya keçidi, işıq–qaranlıq binar oppozisiyasını və qaranlıqdan işıqlı dünyaya dönüşü modelləşdirir.

Xalq oyunları içərisində gözbağlıca oyunları qrupuna daxil olan gizlənmə həm oyunda, həm də epik ənənədə üç formada özünü göstərir: rəngini dəyişərək gizlənmək, cildini dəyişərək gizlənmək və libasını dəyişərək gizlənmək. Məruzədə rəng dəyişmənin daha çox oyunlar, cild dəyişmənin nağıllar, libas dəyişmənin isə epos üçün xarakterik olduğu bildirilib.

Araşdırmada gözbağlıca oyununun izlərinin epik strukturda müxtəlif şəkillərdə əks olunduğu da qeyd edilib. Məruzəçinin fikrincə, oyunun obrazlı mənasını təşkil edən “korun görəni, ölünün dirini axtarması” formulu süjet strukturunda da özünü göstərir. Bu baxımdan gözbağlıca tipli oyunların eposda obraz, motiv və süjet səviyyələrində tipoloji bənzərliyə malik olduğu vurğulanıb. Bildirilib ki, oyun epik obraz səviyyəsində kor obrazı ilə, motiv səviyyəsində qaranlıqdan keçidlə, süjet səviyyəsində isə xaosa səfərlə ifadə olunur.

Alim vurğulayıb ki, funksional semantikası baxımından oyun inisiasiya ritualını təcəssüm etdirir. Qaranlıq xaosu və “ölü dünyası”nı simvollaşdırır, oyunçuların həmin məkana daxil olub oradan qayıtması isə dünyalararası keçidi əks etdirir. Bu modelin Məlikməmmədin yeraltı dünyadan Simurq quşunun vasitəsilə yerüstü dünyaya qayıtması motivi ilə müqayisə edilə biləcəyi qeyd olunub. Bildirilib ki, keçid zamanı göz yummaq və ya gözü bağlamaq simvolik korluğu yaradır, korluq isə “o dünya”nın sakini olmağın rəmzi kimi çıxış edir.

Məruzədə ənənəvi xalq oyunları qeyri-verbal folklor nümunələri kimi səciyyələndirilib, bəzi oyunların verbal elementlərlə də müşayiət olunduğu qeyd edilib. Dəli Domrulun can axtarışı, Koroğlu dastanında dəyirman səhnəsi, dəyirmançı və Keçəl Həmzə arasında oynanılan epizodların gözbağlıca oyunları ilə struktur bənzərlikləri təhlil olunub.

Alim bildirib ki, türk xalqlarının gözbağlıca oyunları zəngin mədəni irsin mühüm tərkib hissəsidir. Bu oyunlar uşaqların və gənclərin fiziki-psixoloji inkişafına müsbət təsir göstərməklə yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir, kollektiv davranış, diqqət, çeviklik və ünsiyyət bacarıqlarının formalaşmasına töhfə verir. Vurğulanıb ki, ənənəvi xalq oyunlarının öyrənilməsi və təbliği gələcək nəsillərin folklor irsi və milli kimliklə bağlılığının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri