Icma.az
close
up
RU
Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunun strukturunda aparılan dəyişikliklər çərçivəsində müasir dövrün elmi çağırışları və ölkənin mədəni-mənəvi ehtiyacları nəzərə alınaraq, Mərasim folkloru şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsi yaradılıb. Bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Xankəndi şəhərində – Qarabağ Universitetində keçirilən xüsusi iclasında qəbul edilib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, yeni şöbə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin dünyada qabaqcıl elmi çağırışlara və dövlətimizin milli maraqlarına yönəldilməsi istiqamətində aparılan institusional islahatlar kontekstində folklorşünaslıq elminin tədqiqat spektrinin genişləndirilməsi zərurətindən yaradılıb.

Uzun illər ərzində AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsində aparılan elmi araşdırmalar və əldə olunan nəticələr bu sahədə dəyərli bir tədqiqat bazasının formalaşmasına şərait yaradıb. Bu elmi əsaslar şöbənin fəaliyyətinin struktur baxımından yenidən təşkili və xalq mərasimləri, rituallar, eləcə də onların mühüm tərkib hissəsi olan kulinariya ənənələrinin kompleks, sistemli və hərtərəfli şəkildə öyrənilməsinə geniş imkanlar açır. Müasir folklorşünaslıqda sosial-antropoloji yanaşmaların geniş vüsət aldığı bir şəraitdə mətbəx ənənələrinin kollektiv yaddaş və xalq biliyinin əsas daşıyıcılarından biri kimi öyrənilməsi elmi baxımdan zəruri hesab edilir.

Yeni şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dini və dünyəvi mərasimlərdə iştirak edən kulinariya elementlərinin ritual-mifoloji semantikası, onların hazırlanması və paylaşılması ilə bağlı davranış modellərinin araşdırılması, eləcə də kulinariya nümunələrinin mərasim kontekstində semantik və funksional təhlili həyata keçiriləcək.

Bununla yanaşı, Azərbaycanın regionda və qlobal miqyasda turizm baxımından cazibədar ölkəyə çevrilməsi fonunda milli mətbəx nümunələrinin sistemli şəkildə öyrənilməsi, eləcə də bu sahənin elmi əsaslarla təqdimatı və təbliği xüsusi aktuallıq kəsb edir. Bu istiqamətdə aparılacaq tədqiqatlar həm elmi-nəzəri, həm də ictimai-mədəni baxımdan əhəmiyyət daşıyır.

Eyni zamanda, milli kulinariya irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin artdığı hazırkı şəraitdə bu sahənin folklor kontekstində tədqiqi milli-mədəni identikliyin qorunması və təbliği baxımından strateji önəm kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri