Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Folklor İnstitutunda tələbələrin elmi tədqiqat təcrübəsi başlayıb

Folklor İnstitutunda tələbələrin elmi tədqiqat təcrübəsi başlayıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 mart, AZƏRTAC

2025–2026-cı tədris ilinin yaz semestri çərçivəsində Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universitetinin filologiya ixtisası üzrə IV kurs tələbələri AMEA Folklor İnstitutunda folklor elmi-tədqiqat təcrübəsinə başlayıblar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təcrübənin başlanması münasibətilə keçirilən tədbirdə direktor filologiya elmləri doktoru Hikmət Quliyev elmi müəssisə ilə ali təhsil ocaqları arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu cür proqramlar elm və təhsilin inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrin nəzəri biliklərini praktik müstəvidə tətbiq etmək bacarığını formalaşdırır. Müasir dövrdə rəqabətqabiliyyətli və peşəkar kadrların hazırlanması üçün tələbələrin təhsil aldıqları mərhələdə elmi mühitə cəlb olunması vacibdir.

H.Quliyev bildirib ki, elmi-tədqiqat təcrübəsi tələbələrə yalnız bilik qazandırmaqla məhdudlaşmır, eyni zamanda, onların analitik düşüncə, mənbə ilə işləmək, folklor materiallarına elmi yanaşma sərgiləmək və əldə etdikləri nəticələri sistemli şəkildə təqdim etmək bacarıqlarını inkişaf etdirir. Ali məktəbdə mənimsənilən nəzəri biliklərin real tədqiqat prosesində tətbiqi gələcək elmi fəaliyyət üçün möhkəm zəmin yaradır.

Direktor, həmçinin institutda aparılan əsas elmi-tədqiqat istiqamətləri, folklor materiallarının toplanması, sistemləşdirilməsi və akademik prinsiplər əsasında araşdırılması, eləcə də nəticələrin nəşr edilərək elmi dövriyyəyə daxil olunması prosesi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təcrübə müddətində tələbələr institutun elmi strukturu ilə yaxından tanış olacaq, sahə materiallarının toplanması və işlənməsi metodlarını öyrənəcək, müasir tədqiqat alətlərindən istifadə bacarıqlarını inkişaf etdirəcəklər.

Təcrübənin əsas məqsədi elmlə təhsilin qarşılıqlı əlaqəsini möhkəmləndirmək, tələbələrin tədqiqat potensialını üzə çıxarmaq və onları müasir elmi çağırışlara cavab verən kadrlar kimi formalaşdırmaqdır.

Tədbirdə, həmçinin Bakı Slavyan Universitetinin müəllimi Vəfa Allahverdiyeva və Sumqayıt Dövlət Universitetinin müəllimi Günay İmaməliyeva çıxış edərək tələbələrin elmi-tədqiqat təcrübəsi üçün yaradılan şəraitə görə İnstitut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tələbələrin elmi-tədqiqat təcrübəsi tədris semestrinin sonunadək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri