Icma.az
close
up
RU
Folklorşünaslığa yeni töhfə “Dini folklor” kitabının üçüncü cildi çapdan çıxıb

Folklorşünaslığa yeni töhfə “Dini folklor” kitabının üçüncü cildi çapdan çıxıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Dini-mifoloji kontekstdə kosmoqoni və esxatoloji miflər (əvvəl zamanla axırzaman qissələrinin folklorlaşması)” adlı yeni kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Dini folklor” silsiləsinin üçüncü kitabı olan bu tədqiqat əsəri “Elm və təhsil” nəşriyyatında çap olunub. Əsər “Ön söz”, dörd fəsil, “Son söz yerinə” və geniş qaynaqlar siyahısından ibarətdir.

Kitabda dini qissələrin folklorlaşma prosesi dini mətnlərdən şifahi mədəniyyətə keçid prizmasında araşdırılır, bu zaman kosmoqonik və esxatoloji məfhumların hansı şəkildə transformasiyaya uğradığı elmi əsaslarla təhlil edilir.

Birinci fəsildə yaradılışın – kosmoqoniyanın – dinlərdə, mifologiyada və folklorda təsviri, ikinci fəsildə Həzrəti Adəmin yaradılış hekayəsinin dini və folklor kontekstində təhlili verilir. Üçüncü fəsildə türk mifoloji düşüncəsində axırzaman anlayışı, “kalgançı çağ” motivi və qiyamət təfəkkürü izah edilir. Dördüncü fəsil isə, Tanrının qəzəbinə düçar olmuş xalqların qissələrinin folklora hansı yolla sirayət etdiyi araşdırılır.

Müəllif dini qissələrin müxtəlif coğrafiyalarda və mədəni kontekstlərdə dəyişdiyini, həmin qissələrin milli dəyərlərə uyğun şəkildə yenidən qurulduğunu göstərir. Bu zaman folklorun formalaşmasında yazılı mənbələrin rolu ilə yanaşı, şifahi mühitin təsiri və qarşılıqlı keçidləri nəzərdən keçirilir. Xüsusilə kosmoqoniya, esxatologiya, qurtarıcı doktrina və dini miflərin sosial-psixoloji təsirləri geniş şəkildə şərh olunur.

Kitabda, həmçinin müasir dövrdə kütləvi informasiya vasitələrinin və rəqəmsal texnologiyanın təsiri ilə dini qissələrin yayılma sürətinin artdığı qeyd edilir. Eyni zamanda, bu qissələrin bəzi hallarda manipulyasiya olunduğu, saxta qurtarıcı obrazların yaradıldığı və dini ideyaların siyasi məqsədlərlə istifadə edildiyi hallar da vurğulanır. Müəllif xristian təriqətlərinin bəzi texnoloji platformalardan istifadə edərək qiyaməti yaxınlaşdırmaq cəhdlərini, müharibələri haqlı göstərən təbliğat formalarını tənqidi şəkildə təhlil edir.

Tədqiqatda dini qissələrin folklorlaşması zamanı müxtəlif janrlarda – əfsanə, nağıl, dastan, rəvayət və s. şəklində transformasiya olunduğu və bu prosesdə mifoloji, əfsanəvi və romantik təhkiyə qatlarının bir-birini tamamladığı elmi dəyərləndirmə ilə təqdim olunur. Türk dünyasının geniş coğrafiyasında bu qissələrin müxtəlif formalarda və fərqli semantik yüklərlə söylənməsi dini folklorun zənginliyini göstərir. Şiə və sünni mühitlərdə eyni qissənin fərqli versiyalarının mövcudluğu, Mehdilik və Məsihlik anlayışlarının bir-birinə qarışması bu prosesin canlı və çoxşaxəli xarakter daşıdığını ortaya qoyur.

Professor Füzuli Bayatın bu tədqiqatı dini mətnlərin və mifoloji elementlərin folklor kontekstində hansı yolla yaşayaraq dəyişdiyini anlamaq baxımından əhəmiyyətli bir mənbədir. Kitab həm folklorşünaslıq, həm ilahiyyat, həm də mədəniyyətşünaslıq sahəsində çalışan tədqiqatçılar üçün aktual mövzulara elmi yanaşma təqdim edir. Müəllifin ardıcıl şəkildə araşdırdığı “Dini folklor” silsiləsi din və folklorun kəsişməsində yeni metodoloji yanaşmalar formalaşdırır və bu sahədə aparılan tədqiqatlara ciddi töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri