Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Azərbaycan Milli Ensiklopediyasının 11 ci cildi çapdan çıxıb

Azərbaycan Milli Ensiklopediyasının 11 ci cildi çapdan çıxıb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi çapdan çıxıb. Bu cild ensiklopediyanın hazırlanmasında əlifba sırası ardıcıllığına uyğun olaraq H, X, I və İ hərfləri ilə başlanan mətnləri əhatə edir. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış 11-ci cild “Hindistanda xalq üsyanı” mətni ilə başlanır və “İqdam” mətni ilə başa çatır.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Milli Ensiklopediyasının XI və XII cildləri hazırlanmış olsa da, 2020-ci ildə baş vermiş pandemiya səbəbindən çap edilməmişdi. 2020-ci ildə Azərbaycan Milli Ensiklopediyasının X cildi nəşr etdirilib. Elə həmin il sentyabrın 27-də Vətən müharibəsi başlayıb. 44 gün davam edən bu savaş Qarabağ Zəfəri ilə başa çatıb. Bu, eyni zamanda, AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi qarşısında yeni vəzifələr qoydu. Beləliklə, bu tarixi hadisə ilə bağlı baş verən dəyişikliklər yeni nəşrdə əksini tapıb. İşğaldan azad edilmiş ərazilər, onlarla bağlı müxtəlif faktlar ensiklopediyanın tərtibində əlifba sıralanmasına uyğun olaraq yeni kitaba daxil edilib. Bununla yanaşı, Vətən müharibəsi ilə bağlı yeni fəxri adlar, medallar, tarixi əhəmiyyətli müqavilələr, görüşlər – bütün bunlar növbəti cildlərdə də əlifba sırasına uyğun ardıcıllıqla əksini tapacaq.

Azərbaycan Milli Ensiklopediyasının 11-ci cildi məzmun baxımdan milli kimliyimizi, qürurumuzu əks etdirir. Məsələn, Xocalı və Xocavənd ilə bağlı mətnlərdə bu ərazilərin 2023-cü ilin sentyabr ayında birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçdiyi bildirilir. Nəşrdə Xocalı rayonu ilə bağlı qədim tarixi, mədəni məlumatlarla yanaşı, eyni zamanda, 1992-ci il Xocalı soyqırımı hadisələrinin ağır nəticələri, bu soyqırımının 30 illiyi ilə bağlı Bakıda ümumxalq yürüşünü əks etdirən materiallar da yer alıb. Əlifba sıralamasına uyğun olaraq, Xocahan kəndi (Qubadlı rayonun) ilə bağlı mətndə bu kəndin 2020-ci il noyabrın 9-da işğaldan azad edildiyi göstərilib. Həmçinin Zəngilan rayonunun İkinci Ağalı, İkinci Alıbəyli kəndləri, Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsi ilə bağlı mətnlərdə onların işğaldan azad edildiyi tarixlər verilib.

Bu cilddə xristian sindikalizmi, xüsusi mühafizə olunan təbiət əraziləri haqqında mətnlər, I hərfi ilə bağlı bölmədə yakutların Ihlax yeni il bayramı, Yakutiya ərazisində Ihmıyaxtax mədəniyyəti haqqında məlumatlar oxucular üçün yeni olacaq.

Kitabda AMEA xəritələrindəki əsas şərti işarələr, abreviaturlar onu oxucular üçün daha asan edir. Bu cilddə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin elmi redaksiyaları və struktur bölmələri haqqında yığcam məlumat da yer alıb.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mərhələlərini, ayrı-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də iqtisadiyyatını, elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə və texnikaya dair terminlərin izahı verilir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənətxadimləri yaxından iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev redaksiya heyəti sədrinin müavinləridir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, məsul katibi AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyevdir.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri