Icma.az
close
up
RU
Food blogger lərə zərbə Yedikləri yeməyə görə vergi ödəyəcəklər

Food blogger lərə zərbə Yedikləri yeməyə görə vergi ödəyəcəklər

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə sosial media fenomenləri üçün yeni vergi tənzimləməsi qüvvəyə minib. Yeni qaydalara əsasən, məkan tanıtımı edən və ya brendlərlə əməkdaşlıq çərçivəsində paylaşım edən məzmun istehsalçıları yalnız pul gəlirlərinə görə deyil, hədiyyə və ya xidmət formasında əldə etdikləri qazanca görə də vergi ödəməli olacaqlar. Belə ki, influenserlər tanıtım məqsədilə aldıqları məhsulların, eləcə də dəvət olunduqları məkanlarda təqdim edilən yemək və xidmətlərin dəyərini rəsmi hesablarında göstərməli, həmin məbləğin 15 faizi isə vergi kimi tutulacaq. Rəqəmsal iqtisadiyyatın sürətlə böyüdüyü dövrdə Türkiyədə bu sahənin vergi nəzarətinə cəlb olunması diqqət çəkir.
Bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, gəlirin pul və ya natura formasında olması fərq yaratmır:
“Əgər iqtisadi fayda varsa, vergi öhdəliyi yaranır. Bu yanaşma həm qanunlara, həm də beynəlxalq praktikaya uyğundur. Beləliklə, influenserlərin qazancı hər formada vergiyə cəlb olunur və heç kim gizli gəlir əldə edə bilmir.  Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Sosial media üzərindən gəlir əldə edən şəxslər qanunla vergi ödəməli olsa da, praktikada nəzarət kifayət qədər güclü deyil. Xüsusilə hədiyyə və ya pulsuz xidmətlərin uçotu hələ də açıq şəkildə tənzimlənməyib. Bu isə rəqəmsal gəlirlərin tam şəffaf vergiyə cəlb olunmasına mane olur. Influenserlər üçün uçot aydın və rahat olmalıdır, amma eyni zamanda inzibati yük onların fəaliyyətini çətinləşdirməməlidir”.
O bildirib ki, şəffaf və proporsional tənzimləmə həm dövlət, həm də istehsalçıları üçün faydalıdır:
“Türkiyədə tətbiq olunan yeni qaydalar hüquqi baxımdan əsaslıdır və rəqəmsal iqtisadiyyatı tənzimləmək üçün vacib addımdır. Azərbaycanda isə hələ əlavə və konkret tənzimləmələrə ehtiyac var. Əsas məsələ gəlirlərin düzgün uçotunun aparılması və verginin ədalətli tutulmasıdır. Azərbaycanda sosial media üzərindən gəlir əldə edib bunu rəsmi şəkildə vergiyə bildirməyən şəxslər Vergi Məcəlləsinə əsasən cərimə oluna bilərlər. Cərimə məbləği gəlirin miqdarına və qanunsuzluğun təkrar olmasına görə dəyişir, həmçinin əlavə vergi öhdəliyi də tətbiq olunur. Yəni həm ödəmədiyin vergi tutulur, həm də inzibati cərimə ilə üzləşirsən”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri