Icma.az
close
up
RU
“Food City Aqrokomplex”ə SİO sertifikatı təqdim edildi Fotolar

“Food City Aqrokomplex”ə SİO sertifikatı təqdim edildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gülüstan” sarayında “Gömrük-Biznes Forumu 2024” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, forumda dövlət və özəl sektorun, ictimaiyyətin, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçilərindən ibarət nümayəndələr iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət və özəl sektor arasında əmakdaşlıqdan danışaraq İlham Əliyevin diqqət və qayğısı ilə formalaşan gömrük-biznes münasibətlərinin inkişafından bəhs edib, gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi sayəsində yerli və xarici sərmayəçilər üçün ölkəmizdə daha əlverişli biznes mühitinin yaradıldığını diqqətə çatdırıb.

Daha sonra Şahmar Mövsümov “Food City Aqrokomplex”in baş icraçı direktoru Anar Ağayevə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatını təqdim edib.

Səlahiyyətli İqtisadi Operator - Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçı, ixracatçı, daşıyıcı, gömrük təmsilçiləri və anbar sahibləridir.

Səlahiyyətli İqtisadi Operator sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaq.

“Food City Agrocomplex” - Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində Xudat şəhərində yerləşən “Food City Agrocomplex” 11,71 ha ərazini əhatə edir.  

Aqrokompleksdə birgə fəaliyyəti təşkil olunan dövlət və özəl sektor nümayəndələri “Bir pəncərə” prinsipi ilə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən istehsalçılara və ixracatçılara terminal, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmət göstərirlər.

Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də yük maşınları terminallarını birləşdirir ki, bu da hər iki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq transkontinental nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmizdə Aqrokompleksi mühüm nəqliyyat-logistika qovşağına çevirir.

Sosial media hesabları: 

https://www.facebook.com/foodcityagrocomplex

https://www.instagram.com/foodcityagrocomplex

https://www.linkedin.com/company/foodcityagrocomplex

https://www.youtube.com/@foodcityagrocomplex

https://www.tiktok.com/@foodcityagrocomplex

https://www.pinterest.com/foodcityagrocomplex

https://x.com/FCAgrocomplex










Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see168

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri