Icma.az
close
up
RU
® Food City Aqrokomplexə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatı təqdim edilib AZƏRTAC

® Food City Aqrokomplexə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində SİO sertifikatı təqdim edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

“Gülüstan” sarayında “Gömrük-Biznes Forumu 2024” keçirilib.

Forumda dövlət və özəl sektorun, ictimaiyyətin nümayəndələri, həmçinin gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçiləri iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlət və özəl sektor arasında əməkdaşlıqdan danışaraq, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı ilə formalaşan gömrük-biznes münasibətlərinin inkişafından bəhs edib, gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi sayəsində yerli və xarici sərmayəçilər üçün ölkəmizdə daha əlverişli biznes mühitinin yaradıldığını diqqətə çatdırıb.

Sonra Şahmar Mövsümov "Food City Aqrokomplex"in Baş icraçı direktoru Anar Ağayevə Səlahiyyətli İqtisadi Operator layihəsi çərçivəsində “SİO” sertifikatını təqdim edib.

Səlahiyyətli İqtisadi Operator - Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsində gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından prioritet qaydada istifadə edən idxalatçılar, ixracatçılar, daşıyıcılar, gömrük təmsilçiləri və anbar sahibləridir. Səlahiyyətli İqtisadi Operator sadələşdirilmiş gömrük əməliyyatları, minimum gömrük yoxlamaları, ticarət zənciri boyu təmassız və maneəsiz hərəkət, 7/24 kommunikasiya imkanı, güvənli gömrük-biznes əməkdaşlığı, beynəlxalq bazarlara əlçatanlıq kimi üstünlüklərdən faydalanacaq.

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində Xudat şəhərində yerləşən “Food City Agrocomplex” 11,71 ha ərazini əhatə edir.

Aqrokompleksdə birgə fəaliyyəti təşkil olunan dövlət və özəl sektor nümayəndələri “Bir pəncərə” prinsipi ilə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən istehsalçılara və ixracatçılara terminal, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmət göstərirlər.

Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də Yük maşınları terminallarını birləşdirir ki, bu da hər iki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq transkontinental nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmizdə Aqrokompleksi mühüm nəqliyyat-logistika qovşağına çevirir.

Sosial media hesabları:

https://www.facebook.com/foodcityagrocomplex 

https://www.instagram.com/foodcityagrocomplex 

https://www.linkedin.com/company/foodcityagrocomplex 

https://www.youtube.com/@foodcityagrocomplex 

https://www.tiktok.com/@foodcityagrocomplex 

https://www.pinterest.com/foodcityagrocomplex 

https://x.com/FCAgrocomplex 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see324

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see277

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see222

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see193

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see175

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see149

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see141

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri