Formula 1: Azərbaycan Qran Prisinin ikiqat qalibi yeni komandaya keçdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Red Bull"un meksikalı keçmiş pilotu Serxio Peresin yeni komandası müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı sürücü Formula 1-in yeni komandası "Kadillak"la müqavilə imzalayacaq.
Mənbənin məlumatına görə, bu, Macarıstan Qran Prisindən (1 - 3 avqust) sonra rəsmiləşəcək.
Pereslə müqavilə imzalamaq hər iki tərəf üçün maliyyə baxımından faydalı olacaq, çünki danışıqlarda meksikalı iş adamı Karlos Slimin də iştirak etdiyi bildirilir.
Qeyd edək ki, "Kadillak" növbəti mövsümdən Formula 1 yarışlarına qoşulacaq. 2021 və 2023-cü il Azərbaycan Qran Prisinin qalibi olmuş Serxio Peres 2024-cü ilin sonunda "Red Bull"dan ayrılıb.

Formula 1: Azərbaycan Qran Prisinin təqvimi müəyyənləşib
04 Fevral 2025 16:43
Formula 1 : Azərbaycan Qran prisinin qalibi Çində də birinci oldu
23 Mart 2025 13:02
Ferstappen “Formula 1” Mayami Qran prisinin qalibi olub
04 May 2025 15:39
“Formula 1”: Norris Mayami Qran prisinin qalibi olub
03 May 2025 22:30
Formula 1 üzrə Bəhreyn Qran prisinin qalibi müəyyənləşdi
13 Aprel 2025 21:05

