Formula 1 Azərbaycan Qran Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 19 sentyabr, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub.
AZƏRTAC xəbər verir ki, yarışın qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir. Məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir.
Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək, Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.
Qeyd edək ki, kubok sentyabrın 21-də final yarışından sonra qaliblərə təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 Sentyabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















