Formula 1 pilotları Bakıda azarkeşlərlə görüşdü (FOTO)
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda 10-cu dəfə keçirilən "Formula 1" Azərbaycan Qran-prisi çərçivəsində azarkeşlərlə pilotların görüşü təşkil olunub.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Dənizkənarı Bulvarda qurulan xüsusi səhnədə iki gün ərzində 11 komandanın ulduz pilotları azarkeşlərlə görüşüblər.
Maks Ferstappen, Şarl Lekler, Kimi Antonelli, Corc Rassel, Karlos Sayns, Lando Norris, Oskar Piastri, Fernando Alonso, Valtteri Bottas və digər pilotların səhnəyə çıxışı böyük maraqla qarşılanıb.
Olduqca səmimi ab-havada keçən Fan Forum zamanı pilotlar azarkeşlərlə yarışla bağlı fikirlərini və təəssüratlarını bölüşüblər. Bu görüşlər azarkeşlərə "Formula 1" dünyasını daha yaxından tanımaq və sevdikləri pilotlarla ünsiyyət qurmaq imkanı verib.
Yerli və xarici azarkeşlərin böyük maraq göstərdiyi tədbir Azərbaycan Qran-prisi həftəsinə əlavə həyəcan qatıb. Pilotların fanatlarla birbaşa ünsiyyəti isə yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
‹›1 / 12












Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 25 Sentyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















