Icma.az
close
up
RU
“Formula 1” üçün inqilabi təklif: Pilotlar komanda dəyişsin

“Formula 1” üçün inqilabi təklif: Pilotlar komanda dəyişsin

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İspaniyalı “Formula-1” pilotu Karlos Sayns dünya çempionatının formatı ilə bağlı radikal ideya irəli sürüb.

İdman.Biz xəbər verir ki, GPDA-nın direktorlarından olan Sayns pilotların mövsüm ərzində müxtəlif komandaların bolidlərini idarə etməsini təklif edib. Onun fikrincə, sürücülər konkret komandalara deyil, birbaşa “Formula-1”ə bağlı olmalı və hər komandanın maşınında iki yarış keçirməlidirlər.

“Mən həmişə elə bir “Formula-1” təsəvvür etmişəm ki, komandalar və pilotlar ayrı olsun. Amma bu, yəqin ki, heç vaxt baş verməyəcək. Məsələn, 20 yarışlıq mövsümdə hər pilot hər komandanın bolidində iki dəfə yarışa bilər. Beləliklə, mən iki yarış “Williams”, iki yarış “Mercedes”, iki yarış “Ferrari” üçün çıxış edərdim”, - deyə Sayns “Mundo Deportivo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə sistemdə bütün pilotların dünya çempionluğu uğrunda şansı bərabər olar. Sürücülərin topladığı xallar şəxsi çempionata, həmin yarışlarda komandalara qazandırdıqları nəticələr isə Konstruktorlar Kubokuna hesablanar.

Qeyd edək ki, “Formula-1” tarixində pilotların mövsüm ərzində komanda dəyişməsi halları olub. 1954-cü ildə Xuan Manuel Fanxio həm “Maserati”, həm də “Mercedes-Benz” üçün yarışaraq dünya çempionu adını qazanıb. Müasir dövrdə isə belə hallar nadir sayılır. Son nümunələrdən biri Corc Rasselin 2020-ci ildə “Williams” pilotu olduğu halda Sakhir Qran-prisində “Mercedes” bolidini idarə etməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 İyun 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri