Formula 1 də 12 ci komanda?
Icma.az bildirir, Idman.biz portalına istinadən.
FIA prezidenti Məhəmməd Bin Sulayem Formula 1 yarışlarında Çin komandasını görmək istədiyini bildirib.
İdman.biz xəbər verir ki, federasiya rəhbəri iştirakçıların sayının artırılması üzərində işi davam etdirməyi planlaşdırdığını söyləyib.
“Le Figaro” Bin Sulayemin mövzu ilə bağlı fikirlərini təqdim edib: "Son iki ildə Formula 1-də böyük ölkələrin iştirakını xəyal edirdim. ABŞ "General Motors" ilə mübarizəyə qoşulacaq, növbəti addımımız Çin istehsalçısını dəvət etməkdir. Əvvəldən demişdim ki, bizə daha az Qran Pri, daha çox komanda lazımdır. Bu səbəbdən "General Motors" və "Cadillac"ı cəlb etdik. Çoxları qarşı çıxsa da, bu, idman üçün yaxşı qərardır”.
Qeyd edək ki, 2026-cı ildən Formula 1 yarışında 11-ci komanda olan "Cadillac" da çıxış edəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















